Məzunlarımız
«DİO-nun inzibati fəaliyyəti» kafedrasının baş müəllimi, polis kapitanı
Rafiq Nəcəfquliyev
27.06.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Abşeron rayon Xırdalan qəsəbəsinin 1№-li orta məktəbinin I sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir.1993-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 1997-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.
1997-ci ildə Azərbaycan Respublikası daxili işlər orqanlarına qəbul olunmuşdur. 1999-cu ildə DİN-in Polis Akademiyasının əyani fakultəsinə qəbul olunmuşdur. 2004-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş, polis baş leytenantı xüsusi rütbəsi almışdır. Həmin ildən DİN-in Polis Akademiyası «DİO-nun inzibati fəaliyyəti» kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. 2008-ci ildən həmin kafedranın baş müəllimidir.
Əyani fakultədə «Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları», «İnzibati hüquq», «DİO-da idarəetmənin təşkili» fakultəsində «DİO-nun fəaliyyətnin inzibati - hüquqi tənzimlənməsi» fənnlərini tədris edir.
AMEA-nın Fəlsəfə və Siyasi - Hüquqi Tədqiqatlar İnstitutunun dissertantıdır. On dörd elmi məqalənin, beş elmi tezisin, altı dərs vəsaitinin müəllifidir. Ailəlidir, iki övladı var.
Rüstəmov Rəsul İslam oğlu
1966-cı il fevralın 8-də Qərbi Azərbaycanda, Dərələyəz mahalında anadan olmuşdur. 1973-cü ildə Qalaser kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.1984-1987-ci illərdə Sovet hərbi dəniz donamasında 3 il hərbi xidmətdə olmuşdur.
1987-ci ildən 1990-cı ilə qədər Naxçıvan Muxtar Respublikasında Təmir tikinti idarəsində fəhlə işləmişdir.
1990-cı ildə daxili işlər orqanlarında xidmətə qəbul olunmuşdur.
1992-ci ildə Daxili İqşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuş, 1996-cı ildə həmin akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. Hüquqşunasdır.
1996-cı ildən Polis Akademiyasına müəllim, 2003-cü ildə isə baş müəllim vəzifəsinə təyin olunmuşdur. Polis polkovnik-leytenantıdır. Dəfələrlə Daxili İşlər Nazirliyi və Polis Akademiyası rəhbərliyi tərəfindən mükafatlandırılıb. Daxili İşlər Nazirliyinin əmri ilə 2007-ci ildə «Daxili işlər orqnalarında qüsursuz xidmətə görə» medalı ilə təltif ounub. 07 mart 2008-ci ildə isə Daxili İşlər Nazirliyinin 502 №-li əmri ilə «Usta məharət dərəcəsi» almışdr.
31 may 2008-ci il tarixdə «Ehtiyatsızlıqdan həyat və sağlamlıq əleyhinə törədilən cinayətlərin cinayət-hüquqi və kriminoloji problemləri» mövzusunda elmi işi uğurla müdafiə etmişdir.
Rəsul İslam oğlu Rüstəmov Amerika Hüquqşunaslar Assosiasiyasının 15-19 may 2002-ci ildə keçirdiyi seminarın iştirakçısı olmuş, ona müvafiq sertfikat almışdır.
Rəsul Rüstəmov Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 11 iyun 2003-cü il və 8 fevral 2004-cü il tarixlərində keçirilən IX və X Aspirantların və Gənc tədqiqatçıların elmi konfranslarında tezislə çıxış etmişdir.
R.Rüstəmov 14 dərs vəsaitinin, 1 dərsliyin, 12 elmi məqalənin, 4 elmi tezisin və 2 monaqrafiyanın müəllifidir.
Hazırda DİN-in Polis Akademiyasının «Cinayət hüququ» kafedrasında baş müəllimdir.
R.Rüstəmov müharibə veteranıdır. Ailəlidir. 1 qızı, 2 oğlu var.
H.Q.Eyvazov
1969-cu il oktyabrın 11-də Biləsuvar rayonu İsmətli kəndində anadan olmuşdur. 1976-cı ildə İsmətli kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.
1990-cı ildə daxili işlər orqanlarında xidmətə qəbul olunmuşdur.
1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuş, 2001-ci ildə Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş, Daxili İşlər Nazirinin əmri ilə polis baş leytenantı verilmişdir. Hüquqşünasdır.
2001-ci ildə Polis Akademiyasına müəllim, 2004-cü ildə isə Polis Akademiyasına baş müəllim vəzifəsinə təyin olunmuşdur. Polis mayorudur. Polis Akademiyasının Elmi Şurasının üzvüdür. Dəfələrlə Daxili İşlər Nazirliyi və Polis Akademiyası rəhbərliyi tərəfindən mükafatlandırılıb. Daxili İşlər Nazirinin əmri ilə 2007-ci ildə «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə (15 il) » medalı ilə təltif olunub.
H.Q.Eyvazov 30 aprel 2008-ci il tarixində BDU-nun nəzdində yaradılmış Dissertasiya Şurasının iclasında (15 №-li protokol) hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir.
Hikmət Qismət oğlu Eyvazov Avropa Şurasının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Amerika Hüquqşünaslar Assosiasiyasının, ATƏT-in İspaniyada keçirdiyi, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən keçirilən Aspirantların və gənc tədqiqatçıların, habelə respublika səviyyəli digər elmi konfransların iştirakçısı olmuş və ona müvafiq sertifikatlar təqdim olunmuşdur.
H.Eyvazov 2 dərsliyin, 6 dərs vəsaitinin, 6 tədris proqramının (birgə müəllifliklə), 15 elmi məqalənin, 3 elmi tezisin, 2 tədris vəsaitinin və 1 monoqorafiyanın müəllifidir.
H.Eyvazov müharibə veteranıdır. Ailəlidir, 1 oğlu və 1 qızı var.

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası «Dövlət və hüquq nəzəriyyəsi»
kafedrasının müəllmi, polis mayoru
Vüqar Hidayət oğlu Ələkbərov
Vüqar Ələkbərov 1975-ci il 1 sentyabrda Naxçıvan Muxtar Respublikası Babək rayonunun Yuxarı Buzqov kəndində anadan olmuşdur.
O, 1992-ci ildə Naxçıvan şəhərində orta təhsilini qızıl medalla başa vurmuş, 1993-cü ildə həqiqi hərbi xidmətə getmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1997-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra 1998-ci ildə DİO-da polis nəfəri kimi xidmətə başlamışdır.
1999-cu ildə DİN-in Polis Akademiyasına daxil olmuş, 2004-cü ildə oranı fərqlənmə diplomu və baş leytenant rütbəsi ilə bitirərək, «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. Vüqar Ələkbərov həmin kafedrada «Dövlət və hüquq nəzəriyyəsi», «Roma hüququ» və «İnsan hüquqları» fənninin tədrisini həyata keçirməklə yanaşı ondan artıq elmi məqalə və tezisin bir neçə dərs vəsaiti və tədris proqramlarının hazırlanmasında həmmüəllif kimi iştirak etmişdir.
AMEA-nın «Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu»nun dissertantıdır. Akademiyada işlədiyi müddət ərzində «əla xidmətlərinə görə» döş nişanı, növbədənkənar «polis mayoru» xüsusi rütbəsi, «10 il DİO-da qüsursuz xidmətlərinə görə» medalı ilə təltif edilmişdir. Ailəlidir, bir övladı var.