Akademiyanın məzun əməkdaşları

 

 Həsənov Bağban Suliddin oğlu

 1970-ci il fevralın 20-də Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuş, 1987-ci ildə Şəxbabalı kənd orta məktəbini bitirmişdir.

1988-90-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1991-ci ildə Ağdam Rayon Polis Şöbəsində polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır.

1991-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1995-ci ildə oranı fərqlənmə diplomu və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Kriminalistika” kafedrasına müəllim təyin olunmuşdir. 1996-cı ildən Analiz, ümumiləşdirmə və nəzarət bölməsinin inspektoru, sonralar həmin bölmənin rəisi vəzifələrində xidmət etmiş, 2006-cı ildən Tədris-metodiki şöbənin baş inspektoru, 2013-cü ildən isə “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Polis polkovnikidir.

Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Əsgərov Nəbi Yəhya oğlu

 1970-ci il iyulun 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olmuş, 1987-ci ildə Qahab kənd orta məktəbini bitirmişdir.

1988-90-cı illərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Babək Rayon Polis Şöbəsində polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1992-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1996-cı ildə oranı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Cinayət və mülki hüquq» kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. 2003-2008-ci illərdə “Mülki hüquq” kafedrasında baş müəllim, 2008-2009-cu illərdə Elmi-tədqiqat şöbəsinin rəisi, 2009-2012-ci illərdə Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifələrində xidmət etmişdir. 2012-ci ildən isə “Mülki hüquq” kafedrasının rəisi vəzifəsində çalışır. Polis polkovnikidir.

“Əmək hüququ üzrə intizam məsuliyyəti” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 2011-ci ildə ona ixtisas üzrə “dosent” elmi adı verilmişdir. O, “Əməyin mühafizəsinin hüquqi problemləri” adlı doktorluq dissertasiya mövzusunu üzərində çalışır.
Fəaliyyət göstərdiyi müddət ərzində N.Əsgərov tədris edilən fənlər üzrə 9 dərs vəsaitinin, 2 metodik vəsaitin, 13 tədris vəsaitinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. 18 elmi məqalənin müəllifidir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları ilə təltif edilmişdir.. Ailəlidir, 2 övladı var.

Ağayev Səyyad Ağamir oğlu


 1970-ci il yanvarın 2-də Sabirabad rayonun Kovlar kəndində anadan olmuş, 1987-ci ildə Axısxa kənd orta məktəbini bitirmişdir.

1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.1991-ci ildə Sabirabad RPŞ-də polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. 1992-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1993-cü ildə DİN-in Polis Akademiyasına əyani təhsilə qəbul olunmuş, 1997-ci ildə oranı fərqlənmə diplomu və “polis baş leytenantı”xüsusi rütbəsi ilə bitirərək, “Cinayət prosesi” kafedrasına müəllim, 2006-cı ildə baş müəllim və  eyni zamanda “Cinayət prosesi” kafedrasının rəisi vəzifələrini icra etmiş, 2007-ci ildən isə həmin kafedranın rəisi vəzifəsinə təyin edilmişdir. Polis polkovnikidir.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki N.02.103 Dissertasiya Şurasının 23 iyun 2010-cu il tarixdə keçirilən iclasında, 12.00.09 – Cinayət prosesi; kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti ixtisası üzrə “Cinayət mühakimə icraatında şübhəli şəxsin tutulmasının xüsusiyyətləri”  mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 8 fevral 2012-ci il tarixli qərarı ilə Səyyad Ağamir oğlu Ağayevə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Fəaliyyət göstərdiyi müddət ərzində, “Cinayət prosesi”, “DİO-da təhqiqat”, “Məhkəmə hakimiyyəti”, “Prokuror nəzarəti”, “İstintaq orqanlarının idarə edilməsi” fənləri üzrə dərs vəsaitlərinin, tədris proqramlarının, sxemlər albomunun, mühazirələr toplusunun, metodik göstərişlərin, prosessual sənəd nümunələrinin hazırlanmasındamüəllif kimi yaxından iştirak etmişdir.Polis Akademiyasında işlədiyi müddətdə “DİO-da qüsursuz xidmətlərinə görə”medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Rüstəmov Rəsul İslam oğlu

1966-cı il fevralın 8-də Qərbi Azərbaycanda, Dərələyəz mahalında anadan olmuş, 1983-cü ildə Qalaser kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1984-1987-ci illərdə keçmiş Sovet hərbi dəniz donanmasında 3 il həqiqi hərbi xidmətdə olmuşdur.

1990-cı ildə DİO-da xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1992-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1996-cı ildə həmin Akademiyanı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Cinayət hüququ” kafedrasında müəllim, 2003-cü ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.
“Ehtiyatsızlıqdan həyat və sağlamlıq əleyhinə törədilən cinayətlərin cinayət-hüquqi və kriminoloji problemləri” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.

Fəaliyyət göstərdiyi müddət ərzində R.Rüstəmov tədris edilən fənlər üzrə 1 dərsliyin, 14 dərs vəsaitinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. 12 elmi məqalənin, 4 elmi tezisin və 2 monaqrafiyanın müəllifidir.Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.

Nəcəfquliyev Rafiq İslam oğlu

 1975-ci ilin  iyunun 27-də Bakı şəhərində anadan olmuş, 1992-ci ildə Abşeron rayon Xırdalan şəhərinin 1№-li orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1994-1997-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1997-ci ildən DİO-da xidmətə başlamışdır. 1999-cu ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2004-cü ildə fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “DİO-nun inzibati fəaliy¬yəti” kafedrasında müəllim, 2008-ci ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində fəaliyyət göstərir.

Polis polkovnik-leytenantıdır.
Ukrayna Respublikasının T.Şevçenko adına Kiyev Milli Universitetinin dissertasiya şurasında “Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin inzibati-hüquqi statusu” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.

Fəaliyyət göstərdiyi müddət ərzində R.Nəcəfquliyev tədris edilən fənlər üzrə 14 dərs vəsaitinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. 26 elmi məqalənin və 13 elmi tezisin müəllifidir. Polis Akade¬miyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və “əla xidmətlərə görə” döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Muradov Famil Hüseyn oğlu

 1971-ci il yanvarın 9-da Qubadlı rayonu Qubadlı qəsəbəsində anadan olmuş, 1987-ci ildə Q.İlyasov adına orta məktəbi bitirmişdir.

1989-91-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1991-ci ildə Qubadlı Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmətə başlamışdır.
1991-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır.

1993-cü ildə DIN-in Polis Akademiyasına qəbul olmuş, 1997-ci ildə həmin Akademiyanı “əla” və “yaxşı” qiymətlərlə və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərək, ”Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti” kafedrasında müəllim, 2007-ci ildə baş müəllim vəzifəsinə təyin edilmişdir. 2011-ci ildən kafedra rəisinin vəzifələrini müvəqqəti icra edir. Polis polkovnik-leytenantıdır.

Fəaliyyət göstərdiyi müddət ərzində F.Muradov tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Xalıqov Mahir Eldar oğlu

 1970-ci il oktyabrın 1-də Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuş, 1987-ci ildə Cəyli kənd orta məktəbini bitirmişdir.

1988-90-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1991-ci ildə Kürdəmir Rayon Polis Şöbəsində polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. 1991-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1997-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2001-ci ildə oranı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2003-cü ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.

Azərbaycan MEA-nın “Fəlsəfə, Sosiologiya və Hüquq” İnstitutunun  “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsinin dissertantıdır.

Fəaliyyət göstərdiyi müddət ərzində M.Xalıqov tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.

Nəsirov Babək Rişad oğlu

 1972-ci il oktyabrın 25-də Şamaxı rayonunun Ovculu kəndində anadan olmuş, 1990-cı ildə Ovculu kənd orta məktəbini bitirmişdir.

1992-1994-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası DİN-in daxili qoşunlarının tərkibində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. 1994-cü ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1998-ci ildə oranı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2003-cü ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.

 Azərbaycan MEA-nın “Fəlsəfə, Sosiologiya və Hüquq” İnstitutunun “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsinin dissertantıdır.

Fəaliyyət göstərdiyi müddət ərzində B.Nəsirov tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

İsaqov Rasim Mirzə oğlu

 1973-cü il avqustun 19-da Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş, 1990-cı ildə Dəvəçi rayonu 2№-li orrta məktəbini bitirmişdir.

1991-1994-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Daxili Qoşunların tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1994-cü ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1998-ci ildə oranı “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Kriminalistika” kafedrasında tədris-metodiki fənn kabinetinin rəisi vəzifəsində xidməti fəaliyyətə başlamışdır. 2009-cu ildə isə “Kriminalistika” kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.

Fəaliyyət göstərdiyi müddət ərzində R.İsaqov tədris edilən fənlər üzrə 9 dərs vəsaitinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. 5 elmi məqalənin müəllifidir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Əliyev Fərhad Əflatun oğlu

 1980-ci il iyulun 30-da Ağdaş rayonunda anadan olmuş, 1997-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 237 saylı orta məktəbi bitirmişdir.

1997-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2001-ci ildə oranı “əla” və “yaxşı” qiymətlərlə və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərmişdir. 2009-2010-cu ilində DİN-in Polis Akademiyasının “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsinda təhsilini davam etdirmişdir.

Bakı şəhəri BPİ Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor, 2003-2012-ci illərdə DİN-in Polis Akademiyasının Tədris-metodiki şöbəsinin baş inspektoru vəzifəsində xidmət göstərmişdir. 2012-ci ildən həmin şöbənin baş inspektoru vəzifəsində çalışır. Polis polkovnik-leytenantıdır.

Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və “DİO-da əla xidmətə görə” döş nişanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Mikayılov Anar Sərhab oğlu

 1982-ci il iyulun 10-da Ağdam rayonunun Qərvənd kəndində anadan olmuş, 1999-cü ildə Ağdam rayonunun 81 saylı orta məktəbini bitirmişdir.

2000-2002-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2002-ci ildə DİO-da xidmətə başlamışdır. 2004-cü ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2009-cü ildə oranı “əla” və “yaxşı” qiymətlərlə və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərək, ”Cinayət prosesi” kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. Polis kapitanıdır.

Fəaliyyət göstərdiyi müddət ərzində A.Mikayılov tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir.

 

 

Geriyə | Çap versiyası