“Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans. DİN-nin Polis Akademiyası 16.10.2015-ci il.



DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III  beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.


 

 Cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə 16 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Ölkəmizin, həmçinin Rusiya Federasiyası və Qazaxstan Respublikasının tanınmış hüquqşünas alimlərinin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılmışdır:

 -Regional cinayətkarlığın tədqiqinin cinayət-hüquqi və kriminoloji problemləri

 -Qloballaşma şəraitində cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri.

 -Regional cinayətkarlığın kriminoloji tədqiqinin müasir modelləri.

 -Cinayətkarlığın ayrı-ayrı növlərinin (Yetkinlik yaşına çatmayanların, iqtisadi, zorakı, ekoloji, mütəşəkkil, insan alveri, kiber cinayətkarlıq və s.) beynəlxalq və regional problemləri.

 -Sosial-neqativ təzahürlərin cinayətkarlığa təsirinin beynəlxalq və regional problemləri.

 -Regional cinayətkarlığın kriminoloji tədqiqinin viktimoloji aspektləri.

-Regional cinayətkarlığın profilaktikasının əsas istiqamətləri.

 Beynəlxalq elmi-praktik konfransı açan DİN-nin Pols Akademiyasının rəisi, polis general-mayoru,  h.ü.f.d., dosent  Nazim Əliyev bildirmişdir ki,  öyrənilən kriminoloji hadisələrin mürəkkəbliyi tədqiqatların da qarşısında ənənəvi üsullarla yanaşı, yeni metodların vasitəsilə həyata keçirilməsi, kriminoloji informasiyanın toplanması və təhlili sisteminin təkmilləşdirilməsi, cinayətkarlığın inkişaf qanunauyğunluqlarının və neqativ meyllərinin öyrənilməsi kimi vəzifələr qoyur. Göstərilən vəzifələrin həllinə yönəlmiş kriminoloji tədqiqatların əsas istiqamətlərindən biri də cinayətkarlığın  regional tədqiqidir. Məhz regional kriminoloji təhlillər ümumi görüntünü yox, daha dəqiq və təfsilatlı məlumatlar arasında cinayətkarlığın vahid mənzərəsinin yaradılmasına istiqamətləndirilmişdir. Cinayətkarlıq ayrı-ayrı regionların fərqli iqtisadi, sosial, mədəni-ənənəvi xüsusiyyətləri kimi dəyişkən xarakter daşıyır.

Məzmulu və maraqlı çıxışlarla və diskussiyalarla yadda qalan konfransın yekununda  “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfransın Bəyannaməsi səsləndirildi və adı çəkilən mövzuda  keçiriləcək IV beynəlxalq elmi-praktik konfransda müzakirə ediləcək mövzuların dairəsi dəqiqləşdirildi.

 
    
 

 

 

Geriyə | Çap versiyası