Rəhbərlik

 
 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Daanov Canpolad Alı oğlu

1981-ci ildə Balakən şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

DİO-da xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlamışdır. 2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli 2298 nömrəli Sərəncamı ilə Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli  988 nömrəli  Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 01.07.2022-ci il tarixli Sərəncamı ilə polis polkovniki Canpolad Alı oğlu Daanova polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir. İki övladı var.

 
 
 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki  Mansurov Vüqar Şəmistan oğlu

1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1992-ci ildən 1998-ci ilədək  Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında xidmət etmişdir.
1998-ci ildə DİN-in Polis Akademiyasına daxil olub 2002-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 21.08.2002-ci il tarixindən Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının müəllimi, 19.03.2010-cu ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində xidmət etmişdir.

Azərbaycan Respublikası Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun 29 iyun 2022-ci il tarixli Ə1809 ş\h-001-22 nömrəli əmri ilə polis polkovniki  Mansurov Vüqar Şəmistan oğlu 30 iyun 2022-ci il tarixdən DİN-in Polis Akademiyasının Daxili işlər orqanlarında inzibati fəaliyyət kafedrasının baş müəllimi vəzifəsindən azad edilib, Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. Üç övladı var.


 
Geriyə | Çap versiyası