Cinayət hüququ

“Cinayət hüququ” kafedrası

“Cinayət hüququ” kafedrası Bakı Xüsusi Orta Milis Məktəbinin “Xüsusi fənlər” silsiləsinin bazasında yaradılmışdır. Kafedra yaradıldığı vaxt “Cinayət və mülki hüquq” kafedrası adlanmış, 2002-ci ildən isə “Cinayət hüququ” kafedrası ayrıca fəaliyyət göstərir. Kafedra kafedra rəisi, 1 nəfər dosent və 1 nəfər müəllim olmaqla 3 əməkdaşdan ibarətdir.


 
“Cinayət hüququ” kafedrasında bakalavr təhsil pilləsində əyani və qiyabi fakültədə 4 fənn – “Cinayət hüququ”, “Cəza-icra hüququ”, “Maliyyə hüququ” və “Ekologiya hüququ” fənləri, eləcə də “İnformasiya təhlükəsizliyi” fakültəsində “Cinayət hüququ” fənni tədris olunur. Göstərilən fənlərdən əlavə Akademiyada “DİO-da idarəetmənin təşkili və ixtisasartırma fakültəsində kafedra tərəfindən “Cəza-icra siyasəti” və “Cinayət siyasəti və  DİO tərəfindən onun həyata keçirilməsi” fənləri də tədris olunmuşdur.
Magistratura pilləsində isə 3 fənnin – “Cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Şəxsiyyət əleyhinə olan cinayətlər” və “Mülkiyyət əleyhinə olan cinayətlər” adlı fənlər tədris olunur. Kafedrada əyani və qiyabi fakültədə tədris olunan “Müsəlman hüququnun əsasları” fənni 2008-ci ildə, “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsində tədris olunan “Cəza-icra siyasəti” fənninin tədrisi isə 2012-ci ildən dayandırılmışdır.

Kafedra tərəfindən “Ətraf mühitin mühafizəsi sahəsində törədilən cinayətlər” və “Cinayət qanunvericiliyinin təkmilləşdirilməsi” mövzusunda bir neçə elmi-praktiki konfrans təşkil olunmuşdur. Kafedranın müxtəlif ölkələrlə beynəlxalq əlaqələri mövcuddur. Belə ki, əməkdaşlar Rusiya, Ukrayna, Türkiyə, Tacikistan, Belarusiya, Misir Ərəb Respublikasında və bir sıra digər ölkələrdə keçirilən konfrans, seminar və kurslarda müxtəlif mövzular üzrə, eyni zamanda ATƏT-in qadın və uşaq zorakılığı ilə bağlı keçirilən seminarlarında fəal iştirak etmişlər.
Kafedranın əməkdaşları hüquq yaradıcılığı sahəsində DİN-in müvafiq normativ-hüquqi aktlarının hazırlanmasında və eləcə də Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi tərəfindən göndərilən qanun layihələrinin müzakirəsində mütəmadi olaraq iştirak edirlər.
Nəzəriyyə və təcrübənin əlaqələndirilməsi məqsədilə mütəmadi olaraq hüquq-mühafizə orqanlarının təcrübəli əməkdaşlarının müvafiq mövzular üzrə kursantlar qarşısında çıxış etməsi də kafedra tərəfindən təmin olunur. Kafedra əməkdaşları digər hüquq-mühafizə orqanları əməkdaşlarının hazırlığında yaxından iştirak edirlər. Belə ki, 2013-cü il sentyabrın 16-dan dekabrın 14-dək Fövqəladə hallar və Vergilər Nazirliyinin, 2016-cı ilin oktyabr-dekabr aylarında isə Vergilər Nazirliyinin əməkdaşları üçün Polis Akademiyasında təşkil olunmuş “Xüsusi” hazırlıq kurslarında kafedranın əməkdaşları yaxından iştirak etmiş, həmçinin cinayət qanunvericiliyinin tətbiqi problemləri ilə bağlı prokurorluq əməkdaşları və Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün mühazirələr oxumuşlar.

Dərs vəsaitləri ölkəmizdə sosial-iqtisadi, ictimai-siyasi, hüquqi və mədəni sahələrdə baş verən köklü islahatlarla bağlı qanunvericilikdə edilən müvafiq dəyişikliklər nəzərə alınmaqla yenidən nəşr etdirilir. Mühazirə fonduna isə dövlətimizin müstəqilliyinin ilk günlərindən ölkədə aparılan hüquqi islahatlardan, qanunvericilikdə və DİN-in normativ hüquqi aktlarında edilən əlavə və dəyişikliklərdən irəli gələrək mütəmadi olaraq müvafiq yeniliklər edilir.
Kafedrada tədris edilən fənlərin mənimsəmə səviyyəsinin yüksəldilməsi, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi, eləcə də təcrübə dərslərinin real şəraitə uyğun keçirilməsinin təmin edilməsi məqsədilə dərslər kafedranın nəzdində yaradılan fənn kabinetlərində keçirilir.



Kafedranın maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmiş, ayrı-ayrı fənlər üzrə müxtəlif mövzularda qısametrajlı kino filmlər hazırlanmışdır.
“Cinayət hüququ” fənninin tədrisində kafedra tərəfindən problemli mövzularla bağlı əhatəli müzakirələrin aparılması üçün müxtəlif mövzularda dəyirmi masalar keçirilir. Pedaqoji fəaliyyət sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və tədris prosesində onların tətbiqi məqsədilə kafedra tərəfindən  BDU-nun, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Milli Aviasiya Akademiyasının “Hüquq” fakültələri ilə qarşılıqlı əlaqələr yaradılmışdır. Həmin tədris müəssisələrinin professor-müəllim heyəti mühazirə və seminar–məşğələ dərslərinə dəvət edilmişdir.
Kafedra əməkdaşları tərəfindən didaktik fondun zənginləşdirilməsi məqsədilə aşağıdakı dərs vəsaitləri hazırlanmışdır:

Cinayət hüququ fənni üzrə:
1.    Əhmədov M.B., Məmmədli İ.F., Rüstəmov R.İ. və başqaları. “Cinayət hüququ”. Dərs vəsaiti.-Bakı, 2007.
2.    Əhmədov M.B., Əliyev Ə.İ., Məmmədli İ.F., Rüstəmov R.İ. “Cinayət hüququ. 100 suala 100 cavab”.-Dərs vəsaiti.-Bakı, 2005.
3.    Əhmədov M.B., Əliyev Ə.İ., Məmmədli İ.F. “Mülkiyyət əleyhinə olan cinayətlər”. Dərs vəsaiti.-Bakı, 2008.
4.    Əhmədov M.B., Məmmədli İ.F., Rüstəmov R.İ. “Əhalinin sağlamlığı əleyhinə olan cinayətlər”. Dərs vəsaiti.-Bakı, 2011.
5.    Əhmədov M.B, Əliyev Ə.İ., Teymurov N.İ. “Korrupsiya cinayətləri”. Dərs vəsaiti.-Bakı, 2011.
6.    Əhmədov M.B., Əliyev Ə.İ., Teymurov N.İ. “Ekoloji cinayətlər”.-Dərs vəsaiti.-Bakı, 2009.
7.    Əliyev Ə.İ., Məmmədli İ.F. “Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər”.-Dərs vəsaiti.-Bakı, 2009.
8.    Rüstəmov R.İ., Mustafayev N.İ. “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər”.-Dərs vəsaiti.-Bakı, 2010.
9.    Məmmədli İ.F. “Başa çatmayan cinayətlərə görə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi”.-Monoqrafiya.-Bakı, 2019.
10.    Rüstəmov R.İ.  “Ehtiyatsızlıqdan həyat və sağlamlıq əleyhinə törədilən ictimai təhlükəli əməllərlə cinayət hüquqi mübarizə”.-Monoqrafiya.-Bakı, 2021.
11.    Cinayət hüququ (Ümumi hissə) üzrə albom sxem.-Tədris vəsaiti.-Bakı, 2003.

Cəza-icra hüququ fənni üzrə:
1.    Mustafayev N.İ  və başqaları. Azərbaycan Respublikasının cəzaların icrası məcəlləsinin elmi-praktiki kommentariyası.-Bakı, 2011.
2.    Azərbaycan Respublikasının cəza icra hüququ (anlayışlar, qısa şərhlər və sxemlər). Monoqrafiya.-Bakı, 2006.
3.    Azərbaycan Respublikasında məhkumların hüquqi vəziyyəti.-Dərs vəsaiti.-Bakı, 2007.
4.    Cinayət siyasəti və DİO tərəfindən onun həyata keçirilməsi, “DİO-nun profilaktika fəaliyyətinin təşkili.-Məfhumlar lüğəti. Sxemlər albomu.-Dərs vəsaiti.-Bakı, 2008.

Ekologiya hüququ fənni üzrə:
1.    Əliyev Ə.İ., Teymurov N.Ə.  “Ekologiya hüququ”.-Dərs vəsaiti.-Bakı, 2006
2.    Əliyev Ə.İ., Teymurov N.Ə.  “Ekologiya hüququ”. Sxemlər albomu. Tədris vəsaiti.-Bakı, 2006.

Maliyyə hüququ fənni üzrə:
1.    Məmmədli İ.F., Ağayev İ.Ə., “Maliyyə hüququ”. Sxemlər albomu.-Dərs vəsaiti.-Bakı, 2009.
2. Əliyev Ə.İ.,  Məmmədli İ.F.,  Mustafayev N.İ.  “Maliyyə hüququ (mühazirələr toplusu)”. Dərs vəsaiti.-Bakı, 2006.

Son 5 ildə tədris olunan fənlərin didaktik fondunun milli dildə olan vəsaitlərlə zənginləşdirilməsi istiqamətində kafedra əməkdaşları tərəfindən hazırlanmış tədris metodiki vəsaitələrin siyahısı aşağıdakılardır:
1.     Rüstəmov  R.İ. və başqaları.  Hüquqi şəxsin cinayət-hüquqi statusu.-Dərs vəsaiti.-Bakı, 2019.
2.    Cinayət hüququ (Xüsusi hissə) üzrə məsələlər toplusu.-Bakı, 2017.
3.    Cinayət hüququ fənnindən tədris proqramı və məşğələlərin planları.- Bakı, 2018.
4.    Ekologiya hüququ fənnindən tədris proqramı.-Bakı, 2018.


Geriyə | Çap versiyası