Hüquq klinikası

POLİS AKADEMİYASININ HÜQUQ KLİNİKASINA

XOŞ GƏLMİSİNİZ!

                                                                   

 

 

AZƏRBAYCAN RESPUBLİKASI DİN-in POLİS AKADEMİYASININ

HÜQUQ KLİNİKASINDA PULSUZ HÜQUQİ YARDIM

 

 Hüquq Klinikası nədir?

Hüquq Klinikası hüquqşünas kadrlar hazırlayan ali təhsil ocaqlarında hüquqşünas müəllimlərin  rəhbərliyi və nəzarəti  altında  nəzəriyyə ilə praktikanı  əlaqələndirməyə imkan verən real işlər üzrə pulsuz hüquqi xidmət və ya xüsusi tədris metodudur.

 

 

Hüquq Klinikasına kimlər müraciət edə bilər?

Hüquq Klinikasına real işlər üzrə hüquqi yardım almaq istəyən istənilən şəxs müraciət edə bilər.

Burada göstərilən xidmət pulsuzdur.

                                                       

Klinikada hüquqi xidmət kimlər  tərəfindən göstəriləcək?

Klinika hüquq məsləhətxanasından

fərqlənir.  Burada hüquqşünas müəllimlərin rəhbərliyi və nəzarəti altında Polis Akademiyasının kursantları tərəfindən hüquqi xidmət göstərilir.

        

Müraciətlərə baxılma qaydası:

Vətəndaş «Hüquq klinikası»na müraciət etdikdən sonra onların müraciətləri qeydə alınır və onun müraciətinə cavab verilməsi üçün əvvəlcədən dəqiq vaxt təyin olunur. 3 gün ərzində vətəndaşın müraciəti ətraflı araşdırılır və təyin olunmuş gün ona müraciətlə əlaqədar cavab verilir. Müraciət qəbul olunduğu halda hər bir işin araşdırılması və icrası üçün ayrıca qovluq açılır.

 

 

Hüquq Klinikasında müxtəlif istiqamətlərdə hüquqi yardım göstərən aşağıdakı bölmələr mövcuddur.

      İnsan hüquqları bölməsi;

      Mülki işlər üzrə bölmə;

      Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi bölməsi;

      Cinayət işləri üzrə məsləhət bölməsi.

 

Klinikanın fəaliyyətinin əsas istiqamətləri:

- aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi;

- əhalinin müxtəlif təbəqələri arasında hüquqi maarifləndirmə (təbliğat) tədbirlərinin müxtəlif vasitələrlə (seminarlar, treninqlər) təşkil edilməsi;

- cəmiyyətdə insan hüquqlarının təmini ilə əlaqədar müxtəlif layihələri hazırlayıb həyata keçirmək və ya təşkil olunmuş mövcud layihələrdə iştirak etmək.

 

 

Mən nəyi əldə edəcəyimə ümid edə bilərəm?

Klinikada mübahisəli müraciətlər istisna olmaqla heç bir maddi maraq gözləmədən qarşılıqlı inama, etimada və məxfiliyə əsaslanaraq tam, qərəzsiz və vicdanlı xidmət göstəriləcəkdir.
      

Klinikaya müraciətlər yazılı və ya şifahi formada vətəndaşın şəxsiyyət vəsiqəsini təqdim etməklə qəbul edilir.

 

Əlaqə tel.: (050) 674 90 40

(050) 503 46 66

(012) 454-35-70

 

E-mail: huquqklinikasi@pa.edu.az

Ünvan: Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 3

Polis Akademiyasının binası.

Müraciət saatı:

15:00 -18:00  

Geriyə | Çap versiyası