xəbərlər

DİN-in Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

07.05.2012

Azərbaycan Respublikasının qurucusu olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Polis Akademiyasının müdavim heyəti ilə 07.05.2012-ci il tarixdə tədbir keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edilmişdir.  
Polis Akademiyasının klubunda keçirilən tədbirdə «İctimai elmlər» kafedrasının rəisi, polis polkovnik-leytenantı Teymur Əliyev və I kursun rəis müavini, polis mayoru Osman Vəliyev ulu öndərin nümunəvi həyat yolu, Müstəqil Azərbaycan Respublikasının quruculuğunda gördüyü əvəzsiz işlər və ümummilli liderin şəxsiyyəti barədə ətraflı çıxış etmiş, müdavimləri maraqlandıran sualları cavablandırmışlar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyatını əks etdirən videofilm nümayiş etdirilmişdir.
Keçirilən tədbir şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Geriyə | Çap versiyası