xəbərlər

Müdavimlər Xəzər rayon məhkəməsində təcrübə keçmişlər

24.01.2013

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Cinayət prosesi” kafedrası əyani şöbənin IV kurs müdavimlərinin cinayət prosesinin məhkəməyə aid mərhələsi barədə bilik və bacarıqlarının artırilması, eləcə də nəzəriyyə ilə təcrübənin əlaqəli şəkildə öyrənilməsi məqsədilə Xəzər rayon məhkəməsində təcrübə keçmələrini təşkil etmişdir.

“Cinayət prosesi” kafedrasınin əməkdaşları müdavimlərin məhkəmədə içtirakını 05.11.2012 - 07.01.2013-cü il tarixədək təşkil etmişlər. Təcrübəyə bilavasitə rəhbərliyı kafedranın müəllimi, polis baş leytenantı Anar Mikayılov həyata keçirmişdir.

Təcrübə keçmə zamanı müdavimlər cinayət işləri və təhqiqat materiallari üzrə məhkəmə proseslərinin gedişatını müşahidə etmiş, zəruri qeydiyyatlar apararaq onları maraqlandıran sualları məhkəmə prosesi yekunlaşdıqdan sonra aidiyyəti vəzifəli şəxslərlə müzakirə etmişlər.

Xəzər rayon məhkəməsinin sədri və hakimləri müdavimlərin məhkəmə proseslərində yaxından iştirak etmələri üçün zəruri şərait yaratmışlar. Təcrübənin sonunda müdavimlər Xəzər rayon məhkəməsinin sədri və hakimlərinə, eləcə də “Cinayət prosesi” kafedrasına öz minnətdarlıqlarlnı bildirdilər və bu işin davamlı olmasınl arzuladılar.

“Cinayət prosesi” kafedrası
Geriyə | Çap versiyası