xəbərlər

Polis Akademiyasında “QİÇS-ə müayinə ilə bağlı Avropa həftəliyi çərçivəsində Dünyada və Azərbaycanda HİV/QİÇS problemi və epidemioloji vəziyyət” mövzusunda görüş keçirildi.

24.11.2014

 1 dekabr Ümumdünya AİDS günü ərəfəsində 24 noyabr 2014-cü il tarixində Polis Akademiyasında Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları Monitorinq və Tədqiqatlar şöbəsinin müdürü həkim Natiq Zülfüqarov və Ceyhun Nəcəfovla “QİÇS-ə müayinə ilə bağlı Avropa həftəliyi çərçivəsində Dünyada və Azərbaycanda HİV/QİÇS problemi və epidemioloji vəziyyət” mövzusunda məlumatın çatdırılması, tibbi profilaktika, sanitar maarifi məqsədilə I kurs müdavimləri ilə görüşü və könüllü şəkildə ekspres metodla qanın QİÇS-ə yoxlanılması keçirildi. 

Natiq Zülfüqarov İİV/QİÇS xəstəliyi barədə ümumi məlumat verdikdən sonra Azərbaycanda bu xəstəliyin yayılma surəti, xəstəliyin profilaktikası, yoluxma yolları, risk qrupları barədə geniş və ətraflı məruzə ilə çıxış etdi. Polis əməkdaşlarının risk qrupuna daxil olması xüsusilə vurğulandı. Profilaktiki müayinənin mahiyyəti açıqlandı. Görüş iştirakçılarına Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən hazırlanmış bukletlər, təqvimlər paylanıldı. Məruzə zamanı slaydlar və qısa video görüntülərdən istifadə edildi. Görüşün sonunda müdavimləri maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırıldı.

 Məruzədən sonra könüllü surətdə müdavimlərin ekspres metodla qanın QİÇS-ə yoxlanılması aparıldı. Yoxlamadan keçən hər bir müdavimə bukletlərlə bərabər cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün birdəfəlik qoruyucu vasitələr verildi. Bütün aparılan testlərin nəticəsi mənfi oldu.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Geriyə | Çap versiyası