xəbərlər

DİN-in Polis Akademiyasında həkim-yazıçı Asif Kəngərli ilə görüş keçirilmişdir.

18.03.2015

 17 mart 2015-ci il tarixdə Akademiyanın klubunda Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Sərdar Əliyev, Tədris-metodiki şöbənin baş inspektoru, polis polkovnik-leytenantı Fərhad Əliyevin rəhbərliyi və birinci kurs müdavimlərinin iştirakı ilə həkim-yazıçı Asif Kəngərlinin görüşü təşkil olunmuşdur.

Görüş zamanı A.Kəngərli tibbi və sosial xəstəlik olan narkomaniyanın hazırda cəmiyyət və dövlət üçün böyük problemə çevrildiyini qeyd edərək bu məsələnin həllində maarifləndirici və profilaktiki işlərin aparılmasınının vacib şərtlərdən biri olduğunu iştirakçıların nəzərinə çatdırdı. Eyni zamanda, o, müəllifi olduğu «Bəla», «Zəhrimar» və «Şər suyu» kitablarını nümayiş etdirərək tədris prosesində istifadə olunması üçün bir neçə nüsxə kitabxana fonduna hədiyyə etdi.

Yekunda Asif Kəngərli müraciəti qəbul edərək görüşün təşkil edilməsinə şərait yaradıldığına görə DİN-in Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirdi.
Geriyə | Çap versiyası