xəbərlər

Polis Akademiyasında “Dünyada və Azərbaycanda HİV/QİÇS problemi və epidemioloji vəziyyət” mövzusunda görüş keçirilmişdir.

14.12.2015

 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü və “Avropa İİV-ə testləşmə həftəsi” ilə bağlı 14 dekabr 2015-ci il tarixində Polis Akademiyasının Tibb-sanitariya hissəsində Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Ceyhun Nəcəfovla “Dünyada və Azərbaycanda HİV/QİÇS problemi və epidemioloji vəziyyət” mövzusunda məlumatın çatdirilması, tibbi profilaktika, sanitar maarifi məqsədilə müdavimlərlə görüşü və könüllü şəkildə ekspres metodla qanın QİÇS-ə yoxlanılması keçirildi.

Müdavimlərə İİV/QİÇS xəstəliyi barədə, Azərbaycanda bu xəstəliyin yayılma sürəti, xəstəliyin profilaktikası, yoluxma yolları, risk qrupları barədə ətraflı məlumat verildi. Polis əməkdaşlarının risk qrupuna daxil olması xüsusilə vurğulandı. Müdavimləri  maraqlandıran suallar Ceyhun Nəcəfov tərəfindən cavablandırıldı. Tədbir iştirakçılarına Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən hazırlanmış bukletlər və cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün birdəfəlik qoruyucu vasitələr paylanıldı.

Görüşdən sonra könüllü surətdə müdavimlərdə ekspres metodla qanın QİÇS-ə yoxlanılması aparıldı. Bütün aparılan testlərin nəticəsi mənfi oldu.
Tədbirin keçirilməsində məqsəd İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği olmuşdur.
Geriyə | Çap versiyası