xəbərlər

Polis Akademiyasında “Vətənpərvərlik” mövzusunda slayd müsabiqəsi keçirilmişdir.

05.05.2016

 Polis Akademiyasının 2015-2016-cı tədris ili üçün əsas tədbirlər planının 2.6.11-ci bəndinin və “DİO-da idarəetmənin təşkili” kafedrasının 2015/16-cı tədris ilinin iş planının (3.7-ci bənd) icrası ilə bağlı 05.05.2016-cı il tarixdə 3-cü kurs müdavimləri ilə “Vətənpərvərlik“ mövzusunda  slayd müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.

Müdavimlərin informasiya texnologiyaları sahəsində aldıqları nəzəri bilikləri möhkəmləndirilmək, gələcək xidməti vəzifələrinin müvəffəqiyyətlə icrası istiqamətində peşə vərdişlərini yüksəltmək, vətənə, dövlətə məhəbbət hisslərini aşılamaq məqsədi ilə təşkil olunan müsabiqəyə 3-cü kursun 50 müdavimləri cəlb olunmuşlar.

Müsabiqənin yekun mərhələsinə çıxarılmış 23 təqdimat slaydından 4 müdavimin işi hesablayıcı komissiyanın qərarına müvafiq olaraq qalib elan olunmuşdur. Münsiflər heyətinin böyük səs çoxluğu ilə 3-cü kursun 3-cü taqım müdavimi Verdizadə Xətayi 1-ci yerə, 2-ci taqım müdavimi Fərzəliyev İdris və 3-cü taqım müdavimi Vəliyev Ata 2-ci yerə, 4-cü taqım müdavimi Nəcəfov Əhəd 3-cü yerə layiq görülmüşlər.
Geriyə | Çap versiyası