xəbərlər

BMT-nin Uşaq Fondu (UNİCEF), DİN-in Polis Akademiyası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birlikdə yuvenal ədliyyə sahəsində islahatlarla bağlı təlim keçirilmişdir.

25.07.2016

 14,15 iyul 2016-cı il tarixində Şəmkir, 19,20 iyul 2016-cı il tarixində isə Qəbələ rayonlarında BMT-nin Uşaq Fondu (UNİCEF), DİN-in Polis Akademiyası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birlikdə məhkəmə, prokurorluq, polis və icra hakimiyyətinin əməkdaşları üçün yuvenal ədliyyə sahəsində islahatlarla bağlı təlim keçirilmişdir.


Təlimdə “Yetkinlik yaşına çatmayanların kriminal davranışı: beynəlxalq konsepsiyalar və ölkədaxili vəziyyət”, “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası: əsas istiqamətlər və beynəlxalq prinsiplər” adlı mövzularla çıxış edən “DİO-nun inzibati fəaliyyəti”  kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov uşaqların kriminal davranışlarının məzmunu, səbəbiyyat kompleksi və profilaktikasının metodoloji əsasları haqqında iştirakçılara məlumat verdi. Maraqlı müzakirələrlə yadda qalan təlimin yekununda Polis Akademiyasının bu sahədə qabaqcıl təcrübəsi xüsusi olaraq vurğulandı.

Geriyə | Çap versiyası