xəbərlər

Polis Akademiyasının “Voleybol” üzrə yığma komandası DİN-in Bakı qarnizonu və hissələri arasında keçirilən turnirdə iştirak etmişdir.

09.10.2016

03-08 oktyabr 2016-cı il tarixlərdə voleybol üzrə DİN-in Bakı qarnizonu və hissələri arasında təşkil olunmuş turnirdə Polis Akamediyasının kursantlardan ibarət komandası iştirak etmişdir. Voleybol turnirində Polis Akamediyası komandasını “Fiziki hazırlıq” karfedrasının müəllimi, polis leytenantı Emin Məmmədovun rəhbərliyi altında 3-5-ci kursun kursantları  Ələkbərov Ceynun, Yasinli Kənan, Rəsullu Samir, Əliyev Həsən, Nağıev Şulan, Cəfərov Hidayət və Atakişiyev Nurlan təmsil etmişlər. Polis Akamediyasının komandası bir neçı mərhələdə qalib gələrək yarımfinala qədər yüksəlmişdir. Yarımfinal mərhələsində Akademiyanın komandası məğlub olsa da mükafat uğrunda mübarizəni davam etdirərək, rəqib komanda üzərində qələbə qazanmış və 3-cü yerə layiq görülmüşdür.
Yekunda Polis Akamediyasının müdavimlərdən ibarət komandası DİN-in İdman Cəmiyyətinin əməkdaşları tərəfindən diplom, medal, kubok və hədiyyələrlə təltif olunmuşdur.
 
     
Geriyə | Çap versiyası