xəbərlər

“20 yanvar” faciəsi ilə əlaqədar I kurs kursantları kurs rəhbərliyinin iştirakı ilə “Şəhidlər Xiyabanı”nda keçirilmiş tədbirlərdə iştirak etmişlər.

19.01.2017

19 yanvar 2017-cı il tarixində I kurs rəisinin müavini polis leytenantı Orxan Mirzəyev, polis mayoru Osman Vəliyev, kursun 50 nəfər şəxsi heyyəti ilə 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək məqsədilə Bakı şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nda olmuşlar. Faciə qurbanlarının məzarlarını yad etməzdən öncə Orxan Mirzəyev 1990-cı il 19-dan 20-nə keçən gecə baş vermiş faciə barəsində ətraflı məlumat verdi. “Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. 20 yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməlliyatı SSR MN, DİN xüsusi təyinatlıları və SSR DTK təxribat qrupları tərəfindən təşkil olunmuşdur”.
Bundan sonra I kursun kursantları şəhidlərin məzarları üzərinə qərənfillər qoydu.Tədbirin fotoşəkilləri çəkildi.

Geriyə | Çap versiyası