xəbərlər

Azərbaycan Respublikasının Prezi¬denti yanında Bilik Fondu, DİN-in Polis Akade¬miyası, Binəqədi rayon icra hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayon Gənclər və İdman İdarəsində “Narkomaniya ilə mübarizədə gənclərin rolu” mövzu¬sunda tədbir keçirilmişdir

06.02.2017

 Azərbaycan Respublikası DİN-in 05.10.2014-cü il tarixli 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haq¬qında” KQ 5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası və Azər¬baycan Respublikasının Prezidenti yanında Bilik Fondunun 28 yanvar 2017-ci il tarixli 17/58 nömrəli müraciəti əsasında 31 yanvar 2017-cı il tarixdə DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliy¬yəti” ka¬fed¬rasının dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev Binəqədi rayon Gənclər və İdman İdarəsində “Narkomaniya ilə mübarizədə gənclərin rolu” mövzu¬sunda təşkil edilən tədbirdə iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fon¬du¬¬nun Beynəlxalq layihələr üzrə aparıcı məsləhətçisi Səbuhi Bayramov, Bi¬nəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və huma¬n¬i¬tar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayon Gənc¬lər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirak etmişlər.

Tədbirdə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, polis pol¬kov¬nik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev tərəfindən narkomaniya və narkomanlıq anlayışı, ayrı-ayrı narkotik vasitələr və psixotrop maddələr, onların zəhərləyici təsirləri və fəsadları, daxili işlər orqanları tərəfindən 2016-cı ildə dövriyyədən çıxarılan narkotik vasitələrə, yaxalanan şəxslərə dair statistik göstəricilər, narkotiklərlə mübarizə üzrə digər səlahiyyətli döv¬lət orqanlarına dair məlumatlar, həmçinin narkotik vasitələrin və psi¬xotrop mad¬¬dələrin qanunsuz dövriyyəsinə görə hüquqi məsuliyyət haqqında foto və vi¬¬deo görüntülər ilə izahlar verilmişdir. Tədbirin yekunun¬da tədbir iştirak¬çı¬la¬rı¬nın sualları aidiyyəti üzrə cavab-landırılmışdır.

Geriyə | Çap versiyası