xəbərlər

Polis Akademiyasının IV kursunun şəxsi heyəti ilə “Xüsusi taktiki hazırlıq” fənni üzrə DİN DQ-nin Xızı rayonunda yerləşən təlim mərkəzində səhra təlimləri keçirilmişdir.

11.05.2017

Polis Akademiyasının 2016-2017-ci tədris ilinin II semestrinin dərs cədvəlinə əsasən aprel ayının 16-dan 23-dək əyani təhsil üzrə IV kurs kursantlarının döyüş və fiziki hazırlıq, intellektual və ümumi bilik səviyyəsinin yüksəldilməsi, eyni zamanda, ekstremal vəziyyətlərdə silahın və xüsusi vasitələrin tətbiqində və istifadəsində sabit vərdişlərə yiyələnməsi, onlarda yüksək psixoloji dayanıqlığın və peşə sayıqlığının formalaşması və möhkəmlənməsi məqsədilə təlim məşğələləri təşkil olunmuşdur. Hərbi kafedrada tədris olunan “Xüsusi taktiki hazırlıq” fənni üzrə “Kütləvi igtişaşların qarşısının alınması” və “Müxtəlif şəraitlərdə silahlı cinayətkarların zərərsizləşdirilməsi” mövzusunda xüsusi əməliyyatların təşkili və keçirilməsi, eləcə də atıcılıq üzrə tapança və avtomatlardan təlim tapşırıqları keçirilmişdir. Səhra təliminin dərs cədvəlinə uyğun olaraq təlim mərkəzinin atış meydanında 9mm Makarov, 9x19 mm Zəfər-K tapançalarından və 7,62 mm Kalaşnikov avtomatından çöl şəraitində müxtəlif formalarda ayaq üstə, diz üstə və uzanaraq eyni zamanda silahlı cinayətkarların tutulması üzrə xüsusi əməliyyatlar təşkil olunaraq keçirilmişdir.

Geriyə | Çap versiyası