xəbərlər

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında Azərbaycan Respublikasında insan hüquqları gününə həsr olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının təminatı sahəsində həyata keçirilən dövlət siyasəti” mövzusunda dəyirmi masa.

24.06.2017

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü nəzərə alınmaqla Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının təşkilatçılığı ilə 18 iyun milli insan hüquqları gününə həsr olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının təminatı sahəsində həyata keçirilən dövlət siyasəti” mövzusunda dəyirmi masa keşirilmişdir. Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə və sektor müdiri Nəcəf Tağıyev, Akademeyanın professor-müəllim heyəti, kursantlar və digər qonaqların geniş tərkibdə iştirakı ilə təşkil edilmiş tədbirdə mövzu üzrə çoxsaylı məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

Dəyirmi masanı açan Polis Akademiyası ”Elmi-tədqiqat və redaksiya-nəşriyyat ” şöbəsinin rəisi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov tədbirin Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda keçirilən “İnsan Hüquqları Aylığı” və ölkə Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikada insan hüquqları ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində baş tutmasını qeyd etdi.

Polis Akademiyası ”Dövlət və hüquq nəzəriyyəsi”kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ceyhun Süleymanov tədbirdə  çıxış edərək 10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanmış, sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübə və çətinliklərlə bağlı müddəaları əsas müzakirə mövzularından olmaqla iştirakçılara bildirilmişdir.

Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tədbirdə çıxış edərək qeyd etmişdir ki, hər il keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları, habelə təhsil, səhiyyə və digər dövlət qurumları, QHT və KİV-lər, icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olun ur. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətinin ilk illərindən hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə də səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir. Bu baxımdan Ombudsmanın təşəbbüsləri və təsisatın fəaliyyəti, insan hüquqlarının milli və beynəlxalq müdafiə mezanimzləri, bu sahədə beynəlxalq  qanunvericilik aktlarının implementasiyası məsələləri və tətbiqi əsasları haqqında, habelə, təcrübədə mövcud olan çətinliklər və qarşıda duran işlər barədə fikirlərini bölüşmüşdür. Ombudsmanın təşəbbüsləri, təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, insan hüquqlarının müdafiəsi və İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qismində fəaliyyəti, ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, daxili işlər orqanlarına gətirilmiş, habelə müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının təmini, saxlama şəraiti və rəftar məsələləri, habelə verilmiş tövsiyələr və onların icrası vəziyyəti ilə bağlı məlumatlar dinləyicilərin diqqətinə çatdırılmışdır.
Dəyirmi masa fikir mübadiləsi və Polis Akademiyasında təhsil alan kursantların təqdimatları və çıxışları əsasında davam etmişdir.

Geriyə | Çap versiyası