xəbərlər

Onlar polis andını qəbul etdilər.

21.11.2017

 20 noyabr 2017-ci il tarixdə DİN-in Polis Akademiyası rəisinin döyüş və xidməti hazırlıq üzrə müavini, polis polkovniki İlyas İsayevin sədrliyi ilə “DİO-ya orta rəis heyəti vəzifələrinə yeni qəbul olunmuş polis sahə rəislərinin ilkin hazırlıq kursunun dinləyicilərinin Andiçmə mərasimi keçirilmişdir.
Mərasimi açan polis polkovniki İlyas İsayev məzunları kursu bitirmələri münasibəti ilə təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində uğurlar əldə etməyi və hər birini daxili işlər orqanlarında layiq olduqları vəzifələrdə uğurlu xidmət aparmaqlarını arzuladı.

Çıxışında il ərzində təhsildə aparılan innovativ islahatlara toxunan İ.İsayev bu kursda da daxili işlər orqanlarının ayrı- ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd etdi.
Bundan sonra mərasim açıq elan edildi, dinləyicilər xidməti borcuna sədaqət andını içdilər. Tədbirin yekununda kursu müvəffəqiyyətlə b aşa vurmuş məzunlara şəhatədnamələr təqdim edildi.

 Məzunlar 45 gün təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirdilər.
Tədbir xatirə şəkillərinin çəkilməsilə başa çatdı.




Geriyə | Çap versiyası