xəbərlər

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurası nəzdində Elmi-Məşvərət Şurası”nın növbəti iclası keçirilmışdir.

06.12.2017

 “MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurası nəzdində Elmi-Məşvərət Şurası”nın 29.11.2017-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində növbəti iclası keçirilmışdir. Həmin qurumda Azərbaycan Respublikası DİN-in nümayəndəsi, Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyət kafedrası”nın baş müəllimi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Şükürov Şahin Teyyub oğlu iştirak etmişdir.
 Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində “Elmi-Məşvərət Şurası”nın növbəti iclası 29.11.2017-ci il tarixində Rusiya Federasiyası Moskva şəhərində DİN-in inzibati binasında keçirilmişdir. Elmi-Məşvərət Şurasının növbəti iclasında MDB-nin daxili işlər orqanlarının nümayəndələri, “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə əlaqələndirməsi üzrə Büro”nun, Rusiya Federasiyası DİN-in “Ümumrusiya Elmi-Tədqiqat İnstitutu”nun rəhbər heyəti və aparıcı alimləri, iştirak etmişdirlər.
 
 Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində “Elmi-Məşvərət Şurası”nın növbəti iclasın gündəliyinə bir sıra məsələlər d axil edilmişdir. Qeyd etmək lazımdır ki, onların sırasına: Elmi Məşvərət Şurası sədrinin seçilməsi barədə, MDB-in iştirakçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının 2017-ci ilin tədbirlər planının icrası vəziyyəti barəsində, “Mütəşəkkil cinayətkarlıq üzrə Büro”nun “Elmi-Məşvərət Şura”sı ilə qarşılıqlı əməkdaşlığı barəsində: “Elmi-Məşvərət Şurası”nın növbəti 2018-ci il üçün tədbirlər planının layihəsi barəsində məsələlər daxil edilmiş və müzakirələr aparılmışdır.

 “Elmi Məşvərət Şurası”nın iclasının birinci məsələsi üzrə “RF-nın DİN-in Elmi Tədqiqat institutu”nun rəisi polis general-leytenantı, hüquq elmləri namizədi  Vladimir Vasilyevic Kojakar səs vermə yolu ilə Şuranın üzvləri tətəfindən sədr secildi. İclas müddətində “Elmi Məşvərət Şurası”nın, “RF-nın DİN-in Elmi Tədqiqat İnstitutu”nun əməkdaşları nümayəndələri tərəfindən elmi məlumatlar təqdim olundu, dinləmələr dinlənildi, fikir mübadiləsi aparıldı. RF-nın DİN-in Elmi Tədqiqat İnstitutunun yeni təsis olunan “Elmi portal” jurnalı barəsində bildirildi və gələcəkdə həmin jurnalda elmi məqalələrlə dərc olunması təklif olundu. “Elmi Məşvərət Şurası”nın iclas zalında təqdim olunan elmi nəşrlərin sərğisində Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında keçirilmiş “Regional cinayətkarlıgın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV-cü beynəlxalq elmi-praktiki konfransın materialları və Polis Akademiyasının “Elmi xəbərləri” jurnalının 2017-ci ilin 1-сi nömrəsi təqdim edilmişdir.

İslasın yekun sözü ilə “Elmi Məşvərət Şurası”nın yeni seçilmiş sədri RF-nin DİN-in Elmi Tədqiqat institutunun rəisi, polis general-leytenantı, hüquq elmləri namizədi Vladimir Vasilyevic Kojakar iclası yekunlaşdırdı. Həmin gün, 29.11.2017-ci il tarixində “Elmi-Məşvərət Şurası” nın növbəti iclası öz işini bitirmişdir.




Geriyə | Çap versiyası