xəbərlər

Polis Akademiyasının əyani təhsil üzrə V kursun kursantları ilə “Əməliyyat-taktiki təlim” keçirilmişdir

21.12.2017

 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının tədris planına əsasən 2017-ci ilin 16,18 və 19 dekabr tarixlərində əyani fakültənin 5-ci kurs kursantları ilə “Əməliyyat-taktiki təlim” keçirilmişdir. Təlimin əsas məqsədi müxtəlif cinayət faktları üzrə modelləşdirilmiş vəziyyətlərdə kursantların ixtisas fənləri üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək, dərinləşdirmək, həmçinin bu sahədə onlarda peşə vərdiş və bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Əməliyyat-taktiki təlim aşağıda göstərilənlərə nail olmaq məqsədilə həyata keçirilir:
- əməliyyat-istintaq qrupu tərkibində kursantların sərbəst fəaliyyət göstərməyə hazır olması;
- kursantlara intizamlılıq, dözümlülük, təşəbbüskarlıq, zəruri olan mənəvi-iradi və peşəkarlıq keyfiyyətlərinin aşılanması;
- kursantların qanunçuluğa ciddi riayət etmək ruhunda tərbiyə olunması;
- prosessual, əməliyyat-xidməti sənədlərin hazırlanması, tərtib edilməsi üzrə müəyyən bacarıq və vərdişlərin möhkəmləndirilməsi.
Əməliyyat-taktiki təlimin əsas mahiyyəti yüksək dərəcədə real vəziyyətə yaxın olan naməlum şəraitdə baş verən cinayətlər üzrə ilkin yoxlama tədbirlərinin keçirilməsi, cinayət işinin başlanması, ilkin və sonrakı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

Təlim prosesinin səmərəli keçirilməsi məqsədilə akademiya rəisinin əmri ilə qərargah yaradılmış, qərargahın tərkibinə isə təlimdə iştirakı zəruri olan  kafedraların əməkdaşları daxil edilmişdir («DİO-nun ƏAF», «Kriminalistika», «Cinayət prosesi», «DİO-nun inzibati fəaliyyəti», «DİO-da xüsusi texnika», «DİO-da idarəetmənin təşkili»).
Təlimin sonunda kursantlar tərəfindən hazırlanmış 6 ədəd cinayət və əməliyyat-qeydiyyat işlərinin maketi istifadə üçün akademiyanın xüsusi kitabxanasına təqdim edilmişdir.

Geriyə | Çap versiyası