xəbərlər

Xocalı faciəsinin 26-cı ildönümü Polis Akademiyasında anıldı

28.02.2018

 1992-ci ilin fevral ayının 26-da bəşər tarixində analoqu olmayan xüsusi qəddarlıq və amansızlıqla törədilmiş etnik soyqırımın mənfur təzahürü kimi Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Ümumi kitabxanada və kursların yataqxanalarında soyqırımı əks etdirən fotostendlər təşkil edilmişdir. Törədilmə üsullarına görə bəşər tarixində müqayisəyə gəlməyən bu dəhşətli faciə nəticəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsini yad etmək məqsədilə 23.02.2018-ci il tarixdə Polis Akademiyasının Konfrans zalında tədbir keçirilmişdir. Tədbirə Xocalı şəhər sakinləri, DİN-in Hospitalında Endokrinologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Almaz Həsənova və DİN-in Hospitalında Kardiologiya şöbəsinin rəis əvəzi, tibb xidməti mayoru Sirac Qasımov dəvət edilmişdir. Şəxsi heyətin iştirakı ilə keçirilən tədbirdə İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin, «Xocalı faciəsi» qurbanlarının, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Nazim Əliyev faciənin baş verdiyi dövrdə ictimai-siyasi vəziyyətdən və onun nəticələri barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən Xocalı şəhər sakini Almaz Həsənova erməni separatçılarının tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri qətilamların acı nəticələri, Xocalı soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən Xocalıların, özünün və ailəsinin başına gətirilən faciəvi hadisələrdən, bu faciənin bir soyqırımı aktı kimi tanınması üçün beynəlxalq miqyasda hüquqi qiymət verilməsi və bu sahədə «Heydər Əliyev Fondu»nun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə «Xocalıya ədalət» kampaniyası çərçivəsində bütün dünyaya Xocalı soyqırımı həqiqətlərinin çatdırılması barədə ətraflı məlumat vermişdir.
24.02.2018-ci il tarixdə Polis Akademiyasının zabit və kursant heyəti “Ana harayı” abidəsini ziyarət etmişlər.





Geriyə | Çap versiyası