xəbərlər

Polis Akdemiyasının əməkdaşı DGK akademiyasında tələbələrə mühazirə oxumuşdur

18.05.2018

16 may 2018-ci il tarixdə ETRN şöbəsinin rəisi, polis polkovnik-leytenantı, h.ü.f.d., dos. Hikmət Eyvazov Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının dəvəti ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında olmuş ”Humanitar və hüquq fənləri” kafedrasında tədris olunan “Hüquq-mühafizə orqanları” fənni üzrə hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbələrinə mühazirə oxumuşdur.

Mühazirədə hüquq-mühafizə orqanları və hüquq-mühafizə fəaliyyəti, sistemi, əlamətləri və vəzifələri, DİN-in təyinatı, funksiya və vəzifələri barəsində qeyd edilmişdir.
H.Eyvazov sonda tələbələrin suallarını cavablandırmışdır. Həmçinin, tələbələrə Polis Akademiyasında tədrisin təşkili, maddi-texniki bazası, yataqxana və idman zalları, kitabxanalar, mühazirə və sinif otaqlarının təminatı və digər sahələrlə bağlı məlumat verilmişdir.

DGK Akademiyasının rəisi, gömrük xidməti general mayoru İsmayıl Ələkbərovun dəvəti ilə H.Eyvazov onun qəbulunda olmuş, dəvətə görə təşəkkürünü bildirmiş, Polis Akademiyasında tədris prosesi və maddi texniki baza ilə bağlı fikir mübadiləsi aparılmışdır. Gələcəkdə akademiyalar arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın artırılması təklif olunmuşdur.

Geriyə | Çap versiyası