xəbərlər

Polis Akademiyasında “Ümumdünya Narkomaniyaya qarşı mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

09.06.2018

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 24 iyun 2013-cü il tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Proqramın “Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər” bəndinə əsasən narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığın aşkarlanması məqsədilə Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir. “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” ərəfəsində 6 iyun 2018-ci il tarixində Polis Akademiyasında professor-müəllim heyəti, əyani təhsil üzrə kursantların Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, rəhbərin müavini Leyla Yolçiyeva və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Azər Kazımovla “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə gününün mahiyyəti və Azərbaycanda Narkotiklərlə bağlı vəziyyət haqqında illik hesabatın təqdimi” mövzusunda görüşü keçirildi. Görüşü giriş sözü ilə akademiyanın rəisi polis general mayoru Nazim Əliyev açaraq ümumdünyavi bir bəlaya çevrilmiş narkomaniya, Azərbaycanda narkomaniyaya qarşı DİN-in apardığı mübarizə, narkomaniyaya düçar olmuş xəstələrə dövlət qayğısı, bu sahədə qəbul edilmiş Dövlət Proqramları və onların icrası barədə danışdı. Sonra söz Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyevə verildi.

O, çıxışının əvvəlində bu gün inkişafda olan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu məsələyə diqqət ayırdıqları üçün akademiya rəhbərliyinə minnətdarlığını bildirdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən narkomaniya bəlasının həllinə yönəlmiş ardıcıl aparılan məqsədyönlü dövlət siyasəti barədə məlumat verdi. Ölkəmizdə bu problemin hələ də aktual xarakter daşıdığını, son illər ərzində narkotiklərdən istifadəyə meyilliliyin artmasının davam etməsini və bunun özünü gənclər və yeniyetmələr arasında daha qabarıq göstərməsini qeyd etdi. Sonra Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və ofisin fəaliyyəti barədə məlumat verərək qeyd etdi ki, ofis respublikada narkomaniyanın bütün fəsadlarına, o cümlədən narkomaniya ilə sıx bağlı olan infeksion xəstəliklərə, QİÇS-ə, alkoqoldan asılılığa, cinayətkarlığa qarşı, həmçinin bütövlükdə sağlam həyat tərzi və sağlam cəmiyyət uğrunda mübarizə sahəsində, əhali arasında , xüsusən də gənclər və yeniyetmələr arasında narkotiklər əleyhinə kütləvi informasiya vasitələrinin təbliğat imkanlarından tam ölçüdə istifadə edilməsi, problemlə bağlı hesabatların, buklet, kitabça, plakat, video materialların çap edilib yayılması sahəsində fəaliyyət göstərir. Azərbaycanda Narkotiklərlə bağlı vəziyyət haqqında  2016-2017-ci illər üçün illik hesabat-məruzənin prezentasiyası zamanı narkotiklərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar olunmuş cınayət faktları və qanunsuz dövriyyədən müsadirə olunmuş narkotiklər, hal-hazırda qeydiyyatda olan narkotik aludəçılərinin statistikasını əks etdirən slaydlar nümayiş etdirildi. Hesabatın sonunda narkotiklərə qarşı mübarizədə yeni yanaşmalar və tövsiyyələr, həmçinin davamlı sosial və iqtisadi inkişaf barədə məlumat verildi. Tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırıldı. Akademiya rəisi çıxışı ilə tədbirə yekun vuraraq qeyd etdi ki, belə əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Tədbir iştirakçılarına Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən hazırlanmış təqvim və “Azərbaycanda narkotiklərlə bağlı vəziyyət haqqında illik hesabat 2016-2017” təqdim olundu. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.

 

Geriyə | Çap versiyası