xəbərlər

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Polisin fəaliyyətinin təşkilati-hüquqi mexanizminin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

09.05.2013

Dəyirmi masanın məqsədi siyasi və dövlət xadimi ümummilli lider, ulu öndərin Heydər Əliyevin həyat yolunu və müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında əvəzedilməz rolunu işıqlandırmaq, hüquq-mühafizə orqanlarının, xüsusən də daxili işlər orqanlarının formalaşması və fəaliyyətinin təkmilləşdirilməsi sahəsində xüsusi diqqət və qayğısını göstərmək və Heydər Əliyev irsinin öyrənilməsidir.
Dəyirmi masada ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının daxili işlər orqanlarına olan diqqət və qayğısı xüsusilə vurğulanmışdır.
Geriyə | Çap versiyası