xəbərlər

Xocalı faciəsinin 22-ci ildönümü...

24.02.2014

 24.02.2014-cü il tarixdə «Xocalı soyqırımı»nın 22-ci ildönümü ilə əlaqədar təsdiq olunmuş plana əsasən Polis Akademiyasında tədbir keçirilmişdir.

Həmin tədbirə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin uşaq verlişləri redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Ələmdar Quluzadə dəvət edilmişdir.

Tədbiri Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açaraq erməni şovinistləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər, soyqırımın tarixi və səbəbləri, bu cür hadisələrin qarşısının alınması üçün hər bir əməkdaşın, dinləyici və müdavimin vətənpərvər mövqeyi barədə ətraflı məlumat verərək qonağı şəxsi heyətə təqdim etmişdir.

Çıxış edən qonaq Ələmdar Quluzadə Xocalı soyqırımının tarixi, bu qanlı faciəni həyata keçirən erməni separatçılarının vəhşiliyi və vandalizmi, soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən tədbirlər barədə akademiyanın şəxsi heyəti ilə ətraflı söhbətlər aparmışdır.

Tədbir, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Geriyə | Çap versiyası