xəbərlər

«DİO-da xüsusi texnika» kafedrası tərəfindən Polis Akademiyasının I kurs müdavimləri ilə 10 may 2013-cü il tarixdə «Dəyirmi masa» keçirilmişdir.

14.05.2013

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli 2679 nömrəli Sərəncamının icrası ilə əlaqədar DİN-in Polis Akademiyasının tədbirlər planına əsasən «DİO-da xüsusi texnika» kafedrası tərəfindən Polis Akademiyasının I kurs müdavimləri ilə «Müdavim elmi cəmiyyəti» xətti üzrə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «DİO-nun əməliyyat-axtarış fəaliyyətində tətbiq olunan axtarış və operativ müşahidə vasitələri» mövzusunda 10 may 2013-cü il tarixdə «Dəyirmi masa» keçirilmişdir.

«Dəyirmi masa»nın keçirilməsi üçün işçi plan, referat mövzular və iştirak edən müdavimlərin siyahısı hazırlanmışdır. «Dəyirmi masa»da «DİO-da xüsusi texnika» kafedrasının rəisi, polis polkovniki Əjdər Quliyev, «Müdavim elmi cəmiyyəti»nin üzvləri, «Elmi-tədqiqat və redaksiya nəşriyyat» şöbəsi rəisinin vəzifəsini müvəqqəti icra edən, dosent, polis polkovnik-leytenantı Elçin Səmədov, «DİO-da xüsusi texnika» kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Aslan Aslanov, kabinet rəisi, polis mayoru Vüqar Musayev, «DİO-da idarəetmənin təşkili» kafedrasının müəllimi, polis polkovnik-leytenantı İlham İbrahimov, Tədris-metodiki şöbənin inspektoru, polis leytenantı Elməddin Rüstəmov və I kurs müdavimləri: Quluzadə Leyla, Rüstəmov Ruslan, Həsənov Şamxal, Xəlilov Abdulla, Qurbanov Zabil, Sədizadə Murad, Qafarof Qafar, Yasinli Kanan, Əşrəfli Şaiq, Bəbirbəyli Ağakərim və digər müdavimlər iştirak etmişdir.

«Dəyirmi masa»nın gedişi zamanı müdavimlər referatlar əsasında çıxış edərək «DİO-nun əməliyyat-axtarış fəaliyyətində tətbiq olunan axtarış və operativ müşahidə vasitələri» mövzusunda axtarış və qaranlıqda görmə cihazlarının tətbiqinin hüquqi əsasları, təsnifatı, növləri, tətbiqinə icazə qaydaları, tətbiq olunma forma və üsullarını açıqlayaraq, eyni vaxtda onların tətbiq olunma taktikasını əyani olaraq nümayiş etdirmişlər.

Tədbirin sonunda kafedra rəisi keçirilən tədbirin aktuallığı və məqsədəuyğunluğu haqqında məlumat verərək, nümayiş etdirilən texniki vasitələrin cinayətkarlığa qarşı mübarizə, cinayətin üstünun açılması, araşdırılması və cinayətkarlığın profilaktikasında, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşları tərəfindən onlardan düzgün, bacarıqla və qanun çərçivəsində istifadə olunmasını vurğuladı.

Tədbirdə iştirak edən «Elmi-tədqiqat və redaksiya nəşriyyat» şöbəsi rəisinin vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Elçin Səmədov və digər zabitlər keçirilən tədbirin mövzusunun aktuallığı və qloballığı haqqında çıxış edərək müasir dövrdə cinayətkarlığa qarşı mübarizə, terror aktlarının baş verməsi, girov götürmə hallarına qarşı mübarizədə daxili işlər orqanlarının polis əməkdaşları tərəfindən axtarış və operativ müşahidə vasitələrinin tətbiq olunmasının məqsədəuyğunluğunu və labüdlüyünü vurğulayaraq, bu kimi tədbirlərin müdavimlərin bilik səviyyəsinin artırılmasında, nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsində vacibliyini söylədilər.

Geriyə | Çap versiyası