xəbərlər

Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı DİN-in Polis Akademiyasında silsilə tədbirlər keçirilir

12.04.2009

Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı DİN-in Polis Akademiyasında silsilə tədbirlər keçirilir.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında» 11 mart 2008-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə şəxsi heyət həmin gün tanış edilmişdir. Polis Akademiyasının ümumi kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend quraşdırılmış, əyani fakültənin divar qəzetlərində məqalələr dərc olunmuşdur. Hər həftənin çərşənbə günləri Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə müdavim heyətinə müntəzəm məlumatlar verilir.

«Fiziki hazırlıq» kafedrasının müəllimləri tərəfindən Polis Akademiyasının əyani fakültənin müdavimləri ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş polis çoxnövçülüyü, estafet qaçışı üzrə birinciliklər keçirilmişdir. «Xüsusi taktiki hazırlıq» kafedrası tərəfindən 11.04.2008-ci il tarixdə V kursun taqımları arasında sıra hazırlığı üzrə yarış keçirilmişdir. «Dil hazırlığı» kafedrası Ümummilli lider Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunmuş azərbaycan və ingilis dilləri üzrə müsabiqələr keçirilmişdir

Heydər Əliyev irsinin geniş təbliğ olunması məqsədilə akademiyada fəaliyyət göstərən «Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz»ə Əzizbəyov rayonun bir sıra orta məktəblərinin şagirdlərinin ziyarətləri təşkil edilmiş, onlara müstəqil Azərbaycan Respublikasının qurucusu olan H.Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumatlar verilmişdir.

Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Polis Akademiyasında tədbirlər davam etdirilir.

Geriyə | Çap versiyası