xəbərlər

"Korrupsiya xarakterli cinayətlərin araşdırılmasında sübutların toplanılmasının xüsusiyyətləri" mövzusunda elmi-praktik konfrans

24.12.2010

 24 dekabr 2010-cu ildə Polis Akademiyasında «Korrupsiya xarakterli cinayətlərin araşdırılmasında sübutların toplanılmasının xüsusiyyətləri» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Elmi-praktiki konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev qeyd etdi ki, korrupsiyaya  qarşı mübarizədə strateji kursun əsası ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən –hələ keçən əsrin 70-ci illərinin əvvəllərindən qoyulubdur. Belə ki, 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev həmin ilin avqust ayında keçirilən partiyanın növbəti iclasında gündəliyə əsas iki məsələ çıxarmışdı ki, onlardan biri Azərbaycanı aqrar-sənaye ölkəsinə çevirmək, ikincisi isə dövlət orqanlarında və müəssisələrində rüşvətxorluğun, korrupsiyanın kökünün kəsilməsi idi.

2007-2011-ci illər üçün Fəaliyyət Proqramına uyğun olaraq daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov tərəfindən Milli Strategiya ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Planın icrası məqsədilə Polis Akademiyasında işçi qrupu yaradılmış, professor-müəllim heyətinin, müdavim və dinləyicilərin biliklərinin artırılması, beynəlxalq təcrübənin öyrənilməsi, digər dövlət orqanları ilə əməkdaşlığın genişləndirilməsi, tədris proqramlarına bu sahədə müvafiq mövzuların daxil edilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Konfransda iştirak etmək üçün hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət edilmiş və müzakirələr aparılmışdır.


Geriyə | Çap versiyası