xəbərlər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

07.05.2011

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illik yubileyi ilə əlaqədar 07.05.2001-ci il tarixdə DİN-in Polis Akademiyasında tədbirlər keçirilmişdir. Tədbirlərdən öncə ümummilli liderin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra mərasim açıq elan olunmuşdur. Tədbiri giriş sözü ilə akademiya rəisi, polis general-mayoru Ramiz Nağıyev açaraq Heydər Əliyevin nümunəvi həyat yolu barədə şəxsi heyətə məlumat vermiş, tədbirə dəvət olunmuş DİO veteranı, hüquq elmləri doktoru, professor Nazim Cəfərli isə ulu öndərin fəaliyyəti, repsublikamızın müstəqilliyi və inkişafı üçün həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir. Bundan sonra «Faşizm üzərində qələbə günü» və ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illlik yubileyi ilə əlaqədar 2010/2011-ci tədris ilində və keçirilən tədbirlərdə fərqlənmiş bir qrup əməkdaş və müdavimə mükafatlar təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» dövlət proqramı ölkəmizin modernləşmə xəttinin, ictimai tərəqqinin hərəkətverici qüvvəsi olan gənclərin intellektual, yaradıcı, fiziki, hərbi-vətənpərvərlik tərbiyəsinin artırılması üçün böyük əhəmiyyət kəsb edir. Gənclərin daxili işlər orqanlarına orta və böyük rəis heyəti vəzifələrinə xidmətə test üsulu ilə, aşkarlıq və şəffaflıq əsasında keçirilən qəbul müsabiqənin qalibləri DİN-in Polis Akademiyasında ilkin hazırlıq kursu keçmişlər. Bu gün DİO-ya yeni qəbul olunan həmin zabitlərin də «Polis Andı»nı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.

 DİN-in Polis Akademiyasının ilkin hazırlıq kursunu bitirən 64 dinləyicinin iştirak etdiyi mərasim Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yusif Əsədovun akademiya rəisi, polis general-mayoru Ramiz Nağıyevə məruzə etməsi ilə başladı. Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev şəxsi heyəti salamladıqdan sonra ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoyuldu. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olundu. Dövlət Himni səsləndikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirildi. Andiçmə mərasimi başa satdıqdan sonra akademiya rəisi, fəal dinləyicilər və DİO veteranları çıxış edərək şəxsi heyəti təbrik etdilər.

Tədbirin yekununda təntənəli keçidlə əsas sıra meydanında «Polis Akademiyası marşı»nın sədaları altında şəxsi heyətin sıra keçidi oldu.

Geriyə | Çap versiyası