Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının 1-ci kurs kursantlarının valdeynləri növbəti dəfə Polis Akademiyasının qonağı olub

02.12.2023
 DİN-in Polis Akademiyasının 1-ci kurs kursantlarının valideynləri təhsialanların maddi, sosial təminatları və imtiyazları ilə yaxından tanış olmaq məqsədilə keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olublar.

Valideynlər Akademiyanın Heydər Əliyev Mərkəzi, tədris korpusları, kitabxanaları, kriminalistik şəhərciyi, müxtəlif idman meydançaları, kursant yeməkxanası və yataqxanası ilə tanış ediliblər.

Sonra qonaqların Akademiya rəhbərliyi ilə görüşü keçirilib. Polis Akademiyası rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini, polis polkovnik-leytenantı Əfqan İmanov qonaqlara Akademiya haqqında ətraflı məlumat verərək onları maraqlandıran sualları cavablandırıb.