06.01.2016
Hörmətli həmkarlar!
Müasir dövrdə cinayətkarlığı stimullaşdıran sosial-neqativ halların nəzəri və təcrübi aspektləri araşdırılmadan onlara qarşı mübarizədə strateji hədəfləri müəyyən etmək qeyri-mümkündür. Gündəlik həyatımıza nüfuz edərək insan hüquq və azadlıqlarına real təhlükə yaradan, həmçinin cinayətkarlığın inkişafına təkan verən sosial-neqativ halların daha təhlükəli formalarından birinin ailə-məişət zorakılığının olması nəzərə alınaraq, bu sahədə aktual problemlərin elmi-tədqiqi və profilaktikası istiqamətlərinin araşdırılması günün tələbinə çevrilmişdir. Bu məqsədlə DİN-in Polis Akademiyası, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 29 fevral 2016-cı il tarixində hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin iştirakı ilə “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələrin aparılması planlaşdırılır:
Konfransda iştirak etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları, professor-müəllim heyəti, doktorantlar, magistrantlar dəvət edilirlər.
Konfrans 29 fevral 2016-cı il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs. A.İldırım 3.).
Konfrans materiallarının son göndərilmə tarixi: “30 yanvar” 2016-cı il.
Konfrans materiallarının göndərilməsi üçün elektron ünvan: policeacademy@pa.edu.az; v.mansurov@pa.edu.az
Əlaqə telefonu: 454-24-72; +994-55-553-44-17.
Konfransda iştirak etmək üçün müraciət forması (əlavə edilir) doldurularaq təşkilat komitəsinin ünvanına göndərilməlidir.
Konfrans üçün təqdim olunan məqalələrə dair tələblər: