15.12.2012
Elmi şurada DİN-in Polis Akademiyasında tədris edilən fənlər üzrə təhsilalanların biliklərinin cari qiymətləndirilməsi, sərbəst iş, konspektləşdirilmənin vəziyyəti və qış imtahan sessiyasına hazırlıq tədbirləri; DİN-in 29 dekabr 2011-ci il tarixli 809 və 810 nömrəli əmrlərinin tələblərinə müvafiq döyüş və fiziki hazırlıq dərslərinin keyfiyyəti və səmərəliliyinin artırılması tədbirləri; akademiyada Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn aidiyyəti vəzifələrin DİN-in Kollegiyasının 1 iyun 2011-ci il tarixli KQ-3/2 nömrəli qərarının tələblərinə uyğun icrası barədə məsələlər müzakirə olundu. Hər üç məsələlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul edildi. DİN-in Polis Akademiyasının «Dövlət və hüquq nəzəriyyəsi», «Mülki hüquq», «DİO-nun əməliyyat-axtarış fəaliyyəti», «DİO-da xüsusi texnika», «Fiziki hazırlıq», «İctimai elmlər» və «Dil hazırlığı» kafedralarında tərtib olunmuş tədris materiallarının qrif alınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməsi tövsiyə olundu.