Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında DİO-da idarəetmənin təşkili tədris qrupunun növbəti buraxılış mərasimi keçirilmişdir.

28.12.2012

28 dekabr 2012-ci il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin iştirakı ilə 2011/2012-ci tədris ilində akademiyanın  «DİO-da idarəetmənin təşkili və ixtisasartırma» fakültəsinin DİO-da idarəetmənin təşkili tədris qrupunun məzunlarının buraxılış mərasimi keçirilmişdir.
Mərasimi açan polis general-mayoru Nazim Əliyev məzunları kursu bitirmələri münasibəti ilə təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində uğurlar əldə etməyi və hər birini daxili işlər orqanlarında layiq olduqları rəhbər vəzifələrə təyin olunmalarını arzuladı.
Çıxışında il ərzində təhsildə aparılan innovativ islahatlara toxunan N.Əliyev bu kursda da mütəmadi aralıq yoxlamaların keçirilməsini, eyni zamanda, daxili işlər orqanlarının ayrı-ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd etdi.
Bundan sonra kursu müvəffəqiyyətlə başa vurmuş məzunlara  şəhatədnamələr təqdim edildi və Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yusif Əsədov tərəfindən tədrisdə yüksək nailiyyətlər əldə etmiş dinləyicilərin mükafatlandırılması barədə Akademiya rəisinin əmri elan olundu.
Məzunlar adından çıxış edən polis mayoru Sadiq Məmmədov təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Tədbir xatirə şəkillərinin çəkilməsilə başa çatdı.




Çap et  Çap et