Polis akademiyası

xəbərlər

“DİO-nun inzibati fəaliyyəti” kafedrasının “İnzibati sahə” tədris modulunda “Müasir dövrdə uşaq hüquq və azadlıqlarının təmin edilməsi sahəsində polisin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

17.11.2014

 Dəyirmi masada DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov, Bakı şəhəri Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis mayoru Məryam Ömərova, Xəzər rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Əhmədov, Xəzər RPİ-nin I PB-nin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis kapitanı Şəhriyar Əhmədov, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının, digər kafedra və şöbələrin əməkdaşları, Polis Akademiyasının müdavimləri iştirak etmişlər.

Dəyirmi masada giriş sözü ilə çıxış edən “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Vaqif Abışov bildirdi ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası polis orqanlarının əsas fəaliyyət istiqamətlərindən biridir. “DİO-nun inzibati fəaliyyəti” kafedrasının nəzdində yaradılan “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun xətti ilə artıq kifayət qədər işlər görülmüşdür. Lakin bu gün biz bir daha uşaq hüquqlarının təmin olunmasında polis orqanlarının fəaliyyətinin əsas istiqamətlərini və mövcud problemləri araşdırmaqla həyata keçirilən profilaktik tədbirlərin müasir metodlarını tədqiq etməliyik.

 Dəyirmi masada aşağıdakı mövzular üzrə çıxışlar olunmuş və bu çıxışlar üzrə müzakirələr aparılmışdır:
“Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsinin beynəlxalq və konstitusiya hüquqi əsaslarının bəzi aspektləri” - “DİO-nun inzibati fəaliyyəti” kafedrasının müəllimi, polis polkovnik-leytenantı Şahin Şükürov.

 

 

 

 

 



 

 





Çap et  Çap et