Polis akademiyası

xəbərlər

Akademiyanın I kurs müdavimləri ilə “Qloballaşan dünya və Azərbaycan” adlı viktorina keçirilmişdir.

30.04.2015

 2015-ci il aprel ayının 28-də “İctimai elmlər” kafedrasının əməkdaşları tərəfindən daxili işlər orqanlarının əməkdaşlarının elmi-nəzəri biliklərinin, dünyagörüşlərinin inkişaf etdirilməsi, yüksək elmi və mənəvi potensiala malik polis kadrlarının hazırlanması, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin  siyasi irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin gənc nəslə aşılanmasını, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarını təmin etmək məqsədilə I kurs müdavimləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Qloballaşan dünya və Azərbaycan” adlı viktorina keçirilmişdir.

Viktorina dörd komanda arasında üç mərhələdə davam etmiş, sonuncu - üçüncü mərhələdə “Qartal” komandası qalib gəlməklə həm sonuncu mərhələnin, həm də yarışın qalibi olmuşdur. Viktorinada qalib gəlmiş komandanın üzvləri Akademiya rəisi tərəfindən mükafatlandırılacaqlar.




Çap et  Çap et