Polis akademiyası

xəbərlər

Polis Akademiyasında “Vətənpərvərlik” mövzusunda slayd müsabiqəsi keçirilmişdir.

30.04.2015

 Polis Akademiyasının 2014-2015-ci tədris ili üçün əsas tədbirlər planının 2.6.11-ci bəndinin və “DİO-da idarəetmənin təşkili” kafedrasının 2014/15-ci tədris ilinin iş planının (3.7-ci bənd) icrası ilə bağlı 30 aprel 2015-ci il tarixdə 3-cü kurs müdavimləri ilə Polis Akademiyası rəisinin 21.04.2015-ci il tarixli  Ə78-034-15 əmrinə müvafiq olaraq, “Vətənpərvərlik“ mövzusunda  slayd müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.

Müdavimlərin informasiya texnologiyaları sahəsində aldıqları nəzəri bilikləri möhkəmləndirilmək, gələcək xidməti vəzifələrinin müvəffəqiyyətlə icrası istiqamətində peşə vərdişlərini yüksəltmək, vətənə, dövlətə məhəbbət hisslərini aşılamaq məqsədi ilə təşkil olunan müsabiqəyə 3-cü kursun 46 müdavimləri cəlb olunmuşlar.

Müsabiqənin yekun mərhələsinə çıxarılmış 23 təqdimat slaydından 7 müdavimin işi hesablayıcı komissiyanın qərarına müvafiq olaraq qalib elan olunmuşdur. Münsiflər heyətinin böyük səs çoxluğu ilə 3-cü kursun 3-cü taqım müdavimi Heydərov Orxan, 6-cı taqım müdavimi Rzazadə Turab 1-ci yerə, 1-ci taqım müdavimləri Məhərrəmli Musa və Əsgərov Toğrul 2-ci yerə, 5-ci taqım müdavimi Alıyev Fuad, 3-cü taqım müdavimi Tanrıverdiyev Məhəmmədəli, 6-cı taqım müdavimi Bəbirbəyli Ağakərim 3-cü yerə layiq görülmüşlər.




Çap et  Çap et