Polis akademiyası

xəbərlər

Xəzər rayon məktəbliləri Polis Akademiyasının “Heydər Əliyev mərkəzi” ilə tanış olmuşlar.

05.05.2015

 5 may 2015-ci il tarixdə Xəzər rayonunda yerləşən 181 və 183 nömrəli məktəblərin müəllim-şagird heyəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar Polis Akademiyasının “Heydər Əliyev mərkəzi” ilə tanış olmuşlar.

Akademiyanın “Heydər Əliyev mərkəzi” ilə tanışlığı polis leytenantı Aysel Əliyeva tərəfindən həyata keçirilmiş, ulu öndər Heydər Əliyevin nümunəvi həyat yolu, əvəzolunmaz fəaliyyəti barədə şagirdlərə mərkəzin maddi-texniki bazası əsasında ətraflı məlumat verilmişdir.

Məktəblilərin böyük marağına səbəb olmuş tədbirin yekununda ümummilli lider Heydər Əliyevin abidəsi önünə xatirə fotoşəkilləri çəkilmişdir.




Çap et  Çap et