DİN-in Polis Akademiyasında yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirilmişdir.
15.09.2016
Sentyabrın 15-də DİN-in Polis Akademiyasında 2016-2017-ci dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib. Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri açaraq kursant və professor-müəllim heyətinə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Cənab Ramil Usubovun yeni dərs ilinin başlanması münasibətilə təbrik və ən xoş arzularını çatdırıb.