Polis akademiyası

xəbərlər

Polis Akademiyası əməkdaşları II Azərbaycan Elm Festivalında məruzə ilə çıxış etmişlər

01.11.2016

31 oktyabr 2016 tarixdə II Azərbaycan Elm Festivalında DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev  “Virtual aləm anlayışı və burada törədilən bəzi hüquqpozmaların qarşısının alınması haqqında” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə XXI əsrdə Azərbaycanda informasiya-kommunikasiya texnolo¬giyalarının inkişafı və cəmiyyətin prioritet sahələrində onun mövcud təsirləri, habelə müvafiq dəyişikliklər fonunda müsbət və mənfi tendensiyalar haqqında təhlillərə yer verilmişdir. Qeyd edilmişdir ki, informasiya-kommu¬nikasiya texnolo-giyalarının genişlənməsi ilə “İnternet” məkanında formalaşan “virtual aləm”, “sosial şəbəkələr”, “elektron ticarət” və s. yeniliklər bəzi problemləri gündəmə gətirir. Belə ki, real həyatdan fərqli olaraq virtual aləmdə tərəflər arasındakı ünsiyyət bəzən səbə¬bindən asılı olmayan münaqişələrə, bir çox hallarda isə müxtəlif xarakterli hüquqpozmaların törədilməsinə gətirib çıxarır. Məruzəçi neqativ təzahürlərin xəbərdar edilməsi və qarşısının alınması yönümündə atılmalı olan ilkin addımlar sırasına zəruri anlayışların elmi dövriyyəyə daxil edilməsi, müvafiq təhsil pillələrində təhsilalanlara öyrədilməsi və aidiyyəti hüquq yara¬dıcılığında nəzərə alınmasını qeyd etmişdir. Sonda iştirakçıları maraqlandıran suallara cavablar verildi.
                 




Çap et  Çap et