Polis akademiyası

xəbərlər

“Dövlət Bayrağı günü” ilə əlaqədar I kurs kursantları mədəni-kütləvi tədbirlərdə iştirak etmişlər

09.11.2016

09 noyabr 2016-cı il tarixdə I kursun bir qrup kursantları Bakı şəhərinin tarixi-mədəni yerlərində olmuşlar. Gəzinti zamanı kursantlar “Dövlət Bayrağı Meydanı”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu, Şirvanşahlar sarayı, “Qız qalası” tarixi abidəsinə səyahət etmiş, adları çəkilmiş hər bir abidə barəsində onlara ətraflı məlumat verilmişdir.
Azərbaycan xalqının uzunəsrlik tarixi abidələri kursantlar tərəfindən maraqla qarşılanmış, gəzinti zamanı kurs rəisi, polis mayoru Fariz Yusifov “Dövlət Bayrağı Meydanı” ilə tanış etməklə yanaşı bayrağımızın qədim tarixi haqqında məlumatlar verdi.






Çap et  Çap et