Polis akademiyası

xəbərlər

Polis Akademiyasının “Əlbəyaxa döyüş” üzrə yığma komandası DİN-in Bakı qarnizonu və hissələri arasında keçirilən turnirdə iştirak etmişdir.

17.12.2016

14-16 dekabr 2016-cı il tarixlərdə əlbəyaxa döyüş üzrə DİN-in Bakı qarnizonu və hissələri arasında təşkil olunmuş turnirdə Polis Akamediyasının kursantlardan ibarət komandası iştirak etmişdir. Əlbəyaxa döyüş turnirində Polis Akamediyası komandasını “Fiziki hazırlıq” karfedrasının müəllimi, polis leytenantı Emin Məmmədovun rəhbərliyi altında 3-5-ci kursun kursantları  Əliyev Arzu, Qurbanov Nurlan, Şahgəldiyev Elxan, Nəsirli Əlinasir, Hüseynov Murad, Əhmədli İdris və Səfərov Atabəy təmsil etmişlər. Polis Akademiyasının kursantları bir neçə mərhələdə qalib gələrək final və yarım finala qədər yüksəlmişdir. Yarım final mərhələsində Akademiyanın kursantları məğlub olsa da mükafat uğrunda mübarizəni davam etdirərək, 2-ci və 3-cü yerlərə layiq görülmüşlər. Yekunda Polis Akamediyasının kursantları Əliyev Arzu 65 kq-da, Şahgəldiyev Elxan 70 kq-da, Hüseynov Murad 65 kq-da 3-cü yerə Qurbanov Nurlan 65 kq-da və Nəsirli Əlinasir 75 kq-da 2-ci yerə layiq görülmüşlər. Qaliblər DİN-in İdman Cəmiyyətinin əməkdaşları tərəfindən diplom, medal, kubok və hədiyyələrlə təltif olunmuşdur.

 





Çap et  Çap et