Polis akademiyası

xəbərlər

II kurs təhsilalanları üşün “İnzibati məsuliyyət” fənni üzrə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta¬lara görə məsuliyyət” mövzusunda birgə mühazirə oxundu

17.05.2017

 25 aprel 2017-ci il tarixində “İnzibati məsuliyyət” fənni üzrə I tədris sa¬atın¬da “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə tədris cədvə¬linə əsa¬sən II kursun I birləşməsində “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta¬lara görə məsuliyyət” mövzusunda BDYPİ-nin Yol-patrul xidməti şöbəsinin baş dövlət avtomobil müfət¬tişi, polis polkovnik-leytenantı Sadin Əsgərovun işti¬rakı ilə mü¬hazirə keçiril¬mişdir. Mühazirənin girişində “DİO-nun inzibati fəaliy¬yəti” kafed¬rasının dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəf¬quliyev bildirdi ki, bu cür mühazirə dərsinin təşkil edilməsinin məqsədi Azər¬baycan Respublikası DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əla¬qədar kursantların nəzəri biliklərinin təcrübə ilə əlaqələn¬dirilməsi, habelə təcrü¬bi baxımdan yaranacaq sualların dəvət edilən əməkdaşlar tərəfindən cavablan¬dırıl¬¬¬ma¬¬sıdır.

Mühazirənin I hissəsini tədris prosesinə dəvət edilən BDYPİ-nin əməkdaşı polis pol¬kov¬nik-leytenantı Sadin Əsgərov apardı. O, mühazirə planı əsasında “Yol hərəkə¬ti¬nin təhlükəsizliyi və onun təşkili, habelə müvafiq qayda pozuntuları üzrə icraat” haqqın¬da təhsilalanlara məlumatlar verdi. Mühazirənin II hissəsini kafedra¬nın dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev apardı. Müha¬zi¬rənin bu hissə¬sində yol hə¬rəkəti qayda¬ları, bu sahədə törədilən hüquqpozmalar, mü¬vafiq məsuliyyət müəyyən edən inzi¬ba¬ti xəta tərkibləri təhsilalanların diqqətinə çat¬dırıldı. Mühazirəçi aidiyyəti sual¬¬¬lar üz¬rə müvafiq qayda pozuntuları haqqında foto və video görüntülər nümayiş et¬dir¬¬məklə, suallara aydınlıq gətirdi. Müha¬zirə¬nin yekununda hər iki müha¬zirəçi tərəfin¬dən təhsilal¬anların yol hərəkəti sahəsinə dair suallarına aidiy¬¬yəti izahlar verildi.





Çap et  Çap et