Polis akademiyası

xəbərlər

II kurs təhsilalanları üçün “İdarəçilik qaydaları əleyhinə olan inzibati xəta-lara görə məsuliyyət” mövzusunda birgə mühazirə keçirildi

17.05.2017

 15 may 2017-ci il tarixində DİN-in Polis Akademiyasının II kurs əyani təhsil-alanları üçün I tədris saatında “DİO-nun inzibati fəaliyyəti” kafedrası ilə “Cinayət hüqu¬qu” kafedrasının 2016-2017-ci tədris ilinin tədbirlər planının uyğun olaraq birgə müha¬zirə keçirildi. Mühazirəni giriş sözü ilə “DİO-nun inzibati fəaliy¬yəti” kafed¬rasının dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəf¬quliyev başladı. O, bildirdi ki, DİN-in Polis Akdemiyasının gələcək məzunları üçün bu cür mühazirə dərsinin təşkil edilməsinin məqsədi nəzəri biliklərin qanunvericilik baxımında daha mükəmməl qavra-nıl¬ması və sahələrarası yaranacaq sualların hər iki mühazirəçi tərəfindən cavablan¬dırıl¬¬-ma¬¬sıdır.
Mühazirənin I hissəsində “DİO-nun inzibati fəaliy¬yəti” kafed¬rasının dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəf¬quliyev tərəfindən 01 mart 2016-cı il tarixindən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə əsasən idarəçilik qaydaları əley-hinə olan inzibati xəta tərkibləri, onların hüquqi təhlili və aidiyyətliyi izah olundu. Müha¬zirəçi izah edilən inzibati xətalara dair təcrübi əhəmiyyət kəsb edən bir sıra problemlərə də diqqət ayırmaqla, kafedranın zəruri sayılan tövsiyələrini təhsilalnlara çatdırdı. Daha sonra “Cinayət hüqu¬qu” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent İmrəli Məm¬mədli bildirdi ki, bu cür mühazirə dərsi xüsusi olaraq təcrübi əhəmiy¬yətə malikdir. Belə ki, törədilən əməlin hüquqi cəhətdən qiymətləndirilməsində bu, mühazirə dərsində veri¬lən biliklərdən paralel istifadə olunur. Daha sonra mühazirəçi eyni adlı cinayət tərkib¬lərini qüvvədə olan cinayət qanunvericiliyi baxımından təhsilalanlara izah etdi. O, aidiy¬yəti cinayət tərkiblərinin izahı zamanı müvafiq istintaq və məhkəmə təcrübəsinə istinad etmək¬lə, bir çox hallarda yol verilən nöqsanların aradan qaldırılması üçün əməlin hüquqi cəhətdən qiymətləndirilməsi zamanı qanun¬vericinin mövqeyinin dəqiq dərk edilməsi ilə mümkün olmasını vurğuladı.
Müha¬zirə¬nin yekununda hər iki müha¬zirəçi tərəfin¬dən təhsilal¬anların mövzu ətrafında yaranan suallarına izahlar verildi.





Çap et  Çap et