Polis akademiyası

xəbərlər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib

06.12.2017

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 28.11.2017-ci il tarixində “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda AMEA-nın, digər elm və təhsil müəssisələrinin professor-müəllim heyəti ilə yanaşı, Akademiyanın ETRN şöbəsinin rəisi, polis polkovnik-leytenant, h.ü.f.d.,dos. Hikmət Eyvazov və Hərbi kafedranın rəisi polis polkovniki Hacı Aslanov iştirak ediblər.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə mütəmadi təmin olunduğunu qeyd edib, müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb, ümummilli lider Heydər Əliyevin ordunun hərbi potensialının artırılması sahəsində atdığı addımlardan, Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri və struktur dəyişikliklərindən, hərbi hazırlığa elmi yanaşmanın vacibliyindən danışıb.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Azərbaycan xalqının zəngin hərbi-tarixi ənənələrinə sadiqliyindən söz açıb, ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrinin bu gün beynəlxalq standartlara cavab verən səviyyədə olduğunu xüsusi vurğulayıb, fondun Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilmələri istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

 Konfrans “Hərb məharəti və maddi-texniki təminat”, “Texniki elmlər”, “Hərbi pedaqogika”, “Hərbi humanitar elmlər”, “Milli təhlükəsizlik”, “Müharibə və hərbi hüquq”, “Hərbi təbabət” bölmələri üzrə elmi məruzələrlə davam etmişdir.
“Hərbi pedaqogika” bölməsində Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanov “Döyüş tapşırıqlarının yerinə yetirilməsində mənəvi-psixoloji hazırlığın rolu” mövzusunda məruzə etmişdir.
 




Çap et  Çap et