Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Polis Akademiyası
Tədbirlər   
az   ru   en     
  Ümumi məlumat
  Nizamnamə
  Kafedralar
  Akademiyaya qəbul
  Struktur
  Rəhbərlik
  Fotoarxiv
  Rekvizitlər
  Bizimlə əlaqə
  Tədbirlər
  Tarixi sənədlər

«İnsan və vətəndaşın azadlıq hüququnun müdafiəsi problemləri» mövzusunda elmi-praktiki konfrans

26 dekabr 2008-ci il tarixində Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında «İnsan və vətəndaşın azadlıq hüququnun müdafiəsi problemləri» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfrans iştirakçıları öz işlərinə başlamamışdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuş və xatirə fotoşkli çəkilmişdir.

Konfransda Polis Akademiyasının müəllim-professor heyətindən başqa Azərbaycan Milli Elmlər Akademiyasın, AR Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, AR Ədliyyə Nazirliyi, Milli Aviasiya Akademiyası və digər təşkilatlardan nümayəndələr də iştirak etmişdir.

Konfransda insan və vətəndaşın azadlıq hüququnun müdafiəsinin müxtəlif aspektlərinə dair çıxışlar edildi və vətəndaşların azadlıq hüquqlarının müdafiəsi və təmin edilməsi ilə bağlı bir sıra təklif və tövsiyələr irəli sürüldü.

Müdavimlərin vətənpərvər, fiziki və mənəvi sağlam yetişdirilməsi məqsədilə Polis Akademiyasında tədbirlər davam etdirilir

Müdavimlərdə vətənpərvərlik və xidməti borca sədaqət hisslərinin aşılanması, fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi məqsədilə Polis Akademiyasında silsilə tədbirlər həyata keçirilir.

12.12.2008-ci il tarixdə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Akademiyanın şəxsi heyəti sıra meydanında düzülmüşdür. Tədbirin əvvəlində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev çıxış edərək SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanda ictimai-siyasi durumu ətraflı təhlil etmiş, müdavimlərin diqqətinə çatdırmışdır ki, əgər ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsəydi onda Azərbaycan müstəqilliyini itirmək və parçalanmaq  təhlükəsi ilə üzbəüz qalacaqdı. Yalnız onun idarəçilik istedadı və bacarığı hesabına Azərbaycan xalqı həmin bəlalardan qurtulmuş və hazırda ümummilli liderin siyasətinin uğurla davam edən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz özünə beynəlxalq aləmdə layiqli yer tuta bilmişdi.

 

«ƏAF haqqında» Qanunun cinayətkarlığa qarşı mübarizədə tətbiq edilməsi sahəsində mövcud olan problemlər və onların həlli yolları mövzusunda dəyirmi masa keçirilmişdir

28 noyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının «DİO-nun əməliyyat-axtarış fəaliyyəti» kafedrası tərəfindən IV və V kurs müdavimləri, ixtisas və digər kafedraların professor və müəllim heyətinin iştirakı ilə Polis Akademiyası rəisinin 229 nömrəli 20 noyabr tarixli əmrinə müvafiq olaraq «ƏAF haqqında» Qanunun cinayətkarlığa qarşı mübarizədə tətbiq edilməsi sahəsində mövcud olan problemlər və onların həlli yolları» mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın keçirilməsinin məqsədi IV və V kurs müdavimlərinin aldıqları nəzəri biliklərin səviyyəsinin yüksəldilməsi və peşə vərdişlərinin möhkəmləndirilməsi, vətəndaşların konstitusion hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı öz gələcək xidməti vəzifələrinin çətinlik çəkmədən müvəffəqiyyətlə həyata keçirilməsindən və bu istiqamətdə elmi araşdırmalar aparmaq vərdiş və bacarıqlarının aşılanmasından ibarətdir.

Dəyirmi masada əməliyyat-axtarış fəaliyyətinin subyektləri, onların səlahiyyətləri və bu istiqamətdə mövcud olan problemlər, əməliyyat-axtarış tədbirləri və əməliyyat-axtarış fəaliyyətinin metodları arasında qarşılıqlı əlaqənin elmi-nəzəri və hüquqi aspektləri, əməliyyat-axtarış tədbirlərinin nəticəsindən cinayət prosesində istifadə edilməsində mövcud olan problemlər və s. kimi suallar müzakirəyə çıxarılmışdır.

Polis Akademiyasında
KONFRANS

21 noyabr 2008-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsinin 60 illiyinə həsr edilmiş «Hüquq mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı» elmi-praktiki konfrans keçirilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Polis Akademiyasının birgə təşkilatçılığı ilə baş tutan konfransa Respublikamızın bütün hakimiyyət budaqlarını təmsil edən nümayəndələr, eləcə də insan hüquqlarının təminatını bilavasitə həyata keçirən hüquq-mühafizə orqanlarının, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri dəvət edilmişdilər.

Tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyulması və xatirə fotoşəkilinin çəkilişi ilə başlayan bu tədbir, Polis Akademiyasında fəaliyyət göstərən «Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəzlə» tanışlıqla davam etdirildi. «İdeolji mərkəz»lə tanışlıqdan sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova, Millət vəkili Fuad Muradov, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayev, mərkəzin «Fəxri kitabı»na öz ürək sözlərini qeyd etdilər.

Konfransı giriş sözü ilə Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev açaraq insan hüquqlarının ümumbəşəri dəyər kimi xarakterizə edərək son dövrdə Respublikada insan hüquqlarının təmini sahəsində görülmüş işlər barədə qısa məlumat verdi. Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquqları sahəsində təməl sənədidir» adlı geniş məruzə ilə çıxış edərək, bəyannamənin bütün dünyada insan hüquqları sahəsində qəbul edilmiş normativ-hüquqi aktların hazırlanmasında, eləcə də təcrübi tətbiqi ilə bağlı əhəmiyyəti və Azərbaycan Respublikasında bu sənədin implementasiyası məsələləri haqqında məlumat verdi.

Daha sonra konfransda söz çıxışçılara verildi və Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin «İnsan hüquqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin rolu», Azərbaycan Respublikası Ali məhkəməsinin hakimi,hüquq elmləri namizəd Vəfaddin İbayevin, «Məhkəmə orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı», Bakı Dövlət Universitetinin «Beynəlxalq hüqu və beynəlxalq münasibətlər» fakültəsinin dekan müavini, hüquq elmləri doktoru Əmir Əliyevin «Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarına dair əsas beynəlxalq-hüquqi aktların qəbuluna təsiri məsələləri», Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat şöbəsi rəisinin müavini Anar Məmmədovun «Prokurorluq orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı», Polis Akademiyasının «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasının rəisi, polis polkovnik-leytenantı, hüquq elmləri namizədi Ceyhun Süleymanovun «Daxili İşlər Orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı» adlı çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi. Çıxışların ardınca davam edən müzakirələrdən sonra Akademiyanın rəisi polis general-mayoru Ramiz Nağıyev konfransa yekun vurdu.



2008-ci il Olimpiya oyunlarında iştirak edən əməkdaşların və imtahan sessiyasını əla qiymətlərlə başa vuran müdavimlərin mükafatlandırılması ilə bağlı Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında tədbir keçirilmişdir.

2008-ci il Yay Olimpiya oyunlarında Polis Akademiyasının iki əməkdaşı - cüdo üzrə yığma komandanın üzvü, yarışların bürünc mükafatçısı, «Fiziki hazırlıq» kafedrasının baş müəllimi, polis baş leytenantı Mövlud Mirəliyev və güləş üzrə hakim briqadasının üzvü, həmin kafedranın İdman-sağlamlıq kompleksinin rəisi, polis mayoru Hicran Şərifov respublikamızı layiqincə təmsil etmişlər.

Test qəbul imtahanları nəticəsində 673 bal topladığına görə I kurs müdavimi Zaur Abdullayev Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq bilinmişdir.

2007/2008-ci tədris ilinin yay imtahan sessiyasını III kurs müdavimləri Rahib Əliyev, Tural Kazımov, IV kurs müdavimləri Orxan Yaqublu, Babək Rüstəmov, Moşu Paşayev, V kurs müdavimləri Zaur Abbasov, Nizami Məmmədov və Tərlan Zeynalov əla qiymətlərlə başa vurmuşlar.

25.09.2008-ci il tarixdə Polis Akademiyasının şəxsi heyətinin olimpiyaçılarla, eləcə də Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü və əlaçı müdavimlərlə görüşü keçirilmişdir.

Polis Akademiyasının rəis müavini, polis polkovniki Qabil Zamanov şəxsi heyətin tədbir üçün düzülməsi barədə akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyevə məruzə etdi. Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev şəxsi heyət qarşısında çıxış etmiş, Yay Olimpiya oyunlarında Respublikamızı və akademiyanı layiqincə təmsil edən əməkdaşları, habelə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüş I kurs müdavimi Zaur Abdullayevi və əlaçı müdavimləri əldə etdikləri nailiyyətlərə görə təbrik edərək onlara qiymətli hədiyyələr təqdim etmişdir.


15.11.2008-ci il tarixdə  polis əməkdaşlarının and içmə mərasimi keçirilmişdi.

15.11.2008-ci il tarixi daxili işlər orqanlarına yeni qəbul olunmuş gənc əməkdaşların yaddaşında daimi qalacaqdır. Həmin gün onların and içmə mərasimi keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar bu tədbir Polis Akademiyasında daha təntənəli şəraitdə təşkil olunmuş, Sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin dinləyiciləri də cəlb edilmişdir. Mərasimdə daxili işlər nazirinin müavini, polis general-leytenantı cənab Əsgər Ələkbərov, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki cənab Novruz Novruzov, Sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin rəisi, polis polkovniki cənab Ramiz Abdullayev, digər yüksək rütbəli qonaqlar, daxili işlər orqanlarının veteranı Zili Rzayev iştirak etmişlər.

Tədbir akademiya rəisi tərəfindən təsdiq edilmiş müvafiq əmrə və ssenariyə əsasən həyata keçirilmişdir. Akademiyanın əsas sıra meydanında İxtisasartırma fakültənin və Sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin dinləyiciləri düzülmüş, akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev şəxsi heyətin andiçmə mərasiminə hazır olması daxili işlər nazirinin müavini, polis general-leytenantı cənab Əsgər Ələkbərova məruzə etmişdir. Tədbir ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edlilməsi, Dövlət Himninin ifası, Bayrağın meydana gətirilməsi və Heydər Əliyev abidəsinin önünə əklilin qoyulması ilə başlanmışdır.

Tədbir ilkin hazırlıq kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərin Polis Andının qəbulu, dinləyici, polis leyteanntı Vüqar Talıbovun, daxili işlər orqanlarının veteranı Zili Rzayevin, Polis Akademiyası rəisinin, polis generalo-mayoru Ramiz Nağıyevin, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki Novruz Novruzovun çıxışları ilə davam etmişdir. Yekunda daxili işlər nazirinin müavini, polis general-leytenantı cənab Əsgər Ələkbərov şəxsi heyəti təbrik etmiş və gələcək fəaliyyətlərinə dair tövsiyələrini vermişdir. Mərasim şəxsi heyətin təntənəli keçidi ilə tamamlanmışdır.

DİN-in Polis Akademiyasının Bayrağı təqdim olunmuşdur

Bir sıra xarici ölkələrin polis təhsil müəssisələrinin bayraqlarının olması nəzərə alınaraq, DİN-in Polis Akademiyasının Bayrağının əsasnaməsinin, təsvirinin və eskizinin layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanı ilə həmin normativ aktlar təsdiq olunmuşdur.

30.06.2008-ci il tarixdə Polis Akademiyasının Bayrağının təntənəli şəraitdə təqdim olunması mərasimi keçirilmişdir. Havanın sərt keçməsinə baxmayaraq şəxsi heyət parad-çıxış geyimində sıra meydanında düzülmüşdür. Akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubova şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə məruzə etmişdir.

Tədbirin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda canların fəda etmiş, xidməti borclarını yerinə yetirən zaman həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Polis Akademiyasının Bayrağı meydana gətirilmiş və cənab Nazir tərəfindən Polis Akademiyasının Bayrağı şərəf, ləyaqət və şöhrət rəmzi olmaqla hər bir əməkdaşa, müdavim və dinləyiciyə daxili işlər orqanlarının qəhrəmanlıq ənənələrini, Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, ölkənin Konstitusiyasına və qanunlarına sadiqlik, insan hüquq və azadlıqlarına riayət etmək kimi müqəddəs borcu xatırlatmaq üçün akademiyanın rəisinə təqdim olunmuşdur.

Tədbirin sonunda Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubov şəxsi heyəti təbrik etmişdir.

 

DİN-in Polis Akademiyasında «Qurtuluş günü» və Azərbaycan polisinin 90 illiyi qeyd edildi

XX əsrin sonu Azərbaycan tarixində faciələrlə və böyük iqtisadi, siyasi uğurlarla yadda qalmışdır. 1993-cü ilin iyun ayında xalqımız zamanın daha bir ağır sınağı ilə - Azərbaycan Respublikası və xalqımız milli varlığının, dövlətçiliyinin məhv olma təhlükəsi ilə qarşılaşmışdır. Azərbaycan Respublikasının müstəqilliyi üçün ağır sınaqlar dövründə Azərbaycan xalqı bütün ümidlərini bağladığı şəxsiyyətə ulu öndər Heydər Əliyevə hərtərəfli dəstək verdi, Vətənimizin suverenliyinin möhkəmləndirilməsində, qardaş qanının axıdılmasının qarşısının alınmasında ona üz tutdu. Ümummilli liderin siyasi arenaya dövlət başçısı kimi dönüşü «Milli qurtuluş» tariximizin əsasını qoydu. Bundan sonra əldə etdiyimiz bütün uğurlar tarixə qızıl hərflərlə yazılmış təntənəli bir günün məntiqi nəticəsidir.

Azərbaycan polisinin 90-cı ildönümü də bu ərəfəyə düşmüşdür. Azərbaycan polisinin şanlı tarixində mürəkkəb, çətin və ağır dövrləri çox olmuşdur, lakin polis bu sınaqlardan uğurla çıxmış, cinayətkarlığa qarşı mübarizədə öz şərəfli vəzifələrini layiqincə yerinə yetirmiş və müstəqil Azərbaycan dövlətinin əsas sütunlarından biri olduğunu təsdiqləmişdir.

Bayram günləri ilə əlaqədar ulu öndərin yaxın silahdaşları olan Milli Məclisin deputatları Fəttah Heydərov və Eldar İbrahimov DİN-in Polis Akademiyasına dəvət olunmuş, onların şəxsi heyətlə görüşü təşkil edilmişdir.

11.06.2008-ci il tarixdə saat 14.30-da akademiyanın şəxsi heyəti sıra meydanında düzüldü, akademiya rəisinin müavini, polis polkovniki Qabil Zamanov şəxsi heyətin bayram tədbirinin keçirilməsinə hazır olması barədə akademiya rəisi, polis general-mayoru cənab Ramiz Nağıyevə məruzə etdi. Akademiya rəisi şəxsi heyəti salamlayıb «Milli Qurtuluş günü» və Azərbaycan polisinin 90-cı ildönümü münasibətilə təbrik etdikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Qonaqlar, Milli Məclisin deputatları Fəttah Heydərov və Eldar İbrahimov, akademiyanın rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Əklil qoyulduqdan sonra qonaqlar “Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz”lə tanış oldular, xatirə kitabına qeydlər etdilər, xatirə fotoşəkilləri çəkildi. Mərkəzi tərk edən qonaqlar və akademiyanın rəhbərliyi kluba daxil olduqdan sonra tədbir davam etdi. Akademiya rəisi tədbiri açıq elan etdi, 1993-cü ilin iyun hadisələri, Azərbaycan polisinin şanlı tarixi haqqında qısa məlumat verdi və Milli Məclisin deputatlarını Fəttah Heydərovu və Eldar İbrahimovu iştirakçılara təqdim edib, onlara söz verdi. Millət vəkilli Fəttah Heydərov və Eldar İbrahimov çıxış etdi, əməkdaşları və müdavimləri maraqlandıran sualları cavablandırdılar.

Tədbirin sonunda şəxsi heyət qarşısında Qurban Abbasov adına Mədəniyyət sarayının kollektivi bayram konserti ilə çıxış etdi.

 

Elmi-praktiki konfrans

04.06.2008-ci il tarixdə DİN-in Polis Akademiyasında «Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri» mövzusunda elmi-praktiki konfrans keçirildi.

Konfransın açılışı ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısında əklillər qoyulması ilə başlandı. İştirakçıları salamlayaraq Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev qeyd etdi ki, müstəqil dövlətin memarı, dahi öndərimiz Heydər Əliyevin titanik əməyi nəticəsində respublikanın qarşısında duran problemlərin həlli istiqamətində genişmiqyaslı proqramlar hazırlanmış və onlarla bağlı tədbirlərin keçirilməsinin davamı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.

Konfransın işində alimlər, hüquq-mühafizə orqanlarının idarə və şöbələrinin rəhbərləri, Təhsil, Səhiyyə və digər nazirliklərin məsul işçiləri, bu sahədə uzun müddət fəaliyyət göstərən, yüksək təcrübəyə malik mütəxəssislər iştirak etmişlər.

Konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin sosial-iqtisadi, psixoloji, hüquqi, təşkilati və sair istiqamətlərində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri, tibb elmləri doktoru Araz Əliquliyev, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının rəhbəri Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Təhqiqatlar İnstitutunun direktor müavini, hüquq elmləri doktoru Bəhram Zahidov, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polis polkovniki Habil Əlişanov, Ədliyyə, Təhsil, Səhiyyə nazirliklərinin, DGK-nin və digər dövlət orqanlarının nümayəndələri və daxili işlər orqanlarının bu növ cinayətlərə qarşı mübarizə istiqamətində ixtisaslaşan bir sıra əməkdaşları çıxış etdilər.

Konfrans zamanı narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrini əks etdirən videofraqmentlər, slaydlar istifadə olunmuş, mövzuya aid Polis Akademiyası əməkdaşları tərəfindən yazılmış və nəşr edilmiş ədəbiyyatların geniş sərgisi qonaqların nəzərinə təqdim edilmişdir.
Dövlət Proqramına müvafiq olaraq təşkil olunan və bir neçə saat davam edən konfransın yekununda Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev çıxış edərək dəvət olunmuş hörmətli qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirmişdir.

DİN-in Polis Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin 90 illiyinə  həsr olunmuş tədbir keçirilmişdir.

Şərqdə ilk demokratik cumhuriyyət 1918-ci ildə Azərbaycanda yaradılmış və cəmi  23 ay hakimiyyət dövrü yaşamış Azərbaycan Xalq Cumhuriyyəti tariximizdə dərin iz salmışdır. Həmin illərin qanlı və şərəfli səhifələri DİN-in Polis Akademiyasının müdavimlərini də ciddi maraqlandırır.

21.05.2008-ci il tarixdə Cumhuriyyətin 90 illiyinə həsr olunmuş tədbirə Akademiya rəisi tədbiri açıq elan edir və qonaqları - ADPU-nun tarix fakültəsinin dekan müavini, tarix elmləri namizədi Nazir Əsədov, tarix elmləri doktoru Əli Məmmədov və Azərbaycan Dövlət Radiosunun şöbə müdiri Mübariz Süleymanlı dəvət olunmuşdular.
Tədbiri giriş sözü ilə akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev açaraq gələn qonaqları şəxsi heyətə təqdim etmişdir.

Tarixçilər N.Əsədov və Ə.Məmmədov  Azərbaycan Xalq Cumhuriyyətinin yaranma səbəblər, 1918-ci ildəki beynəlxalq aləmdə və Cənubi Qafqazda mövcud vəziyyət, eləcə də cumhuriyyətin süqutuna zəmin yaradan şərtlər barədə söhbət aparmış, müdavimləri maraqlandıran suallara cavab vermişlər. Tədbirdə Məmməd Arazın «Dur ayağa, Azərbaycan!» və «Azərbaycan – dünyam mənim» şeirləri, «Ruhani» aşıq havası səslənmişdir.
Tədbirin sonunda qonaqlarla müdavimləriin ulu öndər Heydər Əliyevin abidəsi önündə fotoşəkillər çəkilmişdi.

DİN-in POLİS AKADEMİYASI

«Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında və daxili işlər nazirliyi sistemində aparılan islahatlarda əvəzsiz xidmətləri» mövzusunda elmi-praktiki konfrans  

2 may 2008-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında «Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında və daxili işlər nazirliyi sistemində aparılan islahatlarda əvəzsiz xidmətləri» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubov, Milli Məclisin deputatı, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, DİN-in İdarə rəisləri, Polis Akademiyasının professor-müəllim heyəti və müdavimləri iştirak etdilər.

Konfrans iştirakçıları Ulu Öndərin abidəsi önünə əklil qoyduqdan sonra Akademiyada fəaliyyət göstərən «Heydər Əliyev muzeyi»ni ziyarət etdilər. Muzeydə Dahi Rəhbərin həyat və fəaliyyətini əks etdirən filmə baxıldı.

Konfransı giriş sözü ilə Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubov açaraq, Ümummilli Liderin Azərbaycan Respublikasının müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi, inkişafı və ölkəmizdə mövcud daxili sabitliyin formalaşmasında misilsiz xidmətləri, eləcə də daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində rolu haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi.

«Heydər Əliyev: müasir Azərbaycan dövlətinin qurucusu» mövzusunda Milli Məclisin deputatı, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı məruzə etdi. «Daxili işlər orqanları əməkdaşlarının milli vətənpərvər ruhda səfərbər olunmasında Heydər Əliyev ənənələrinin rolu», «Heydər Əliyevin demokratik dövlətçilik konsepsiyası», «Heydər Əliyevin idarəçilik fəlsəfəsində gənclik strategiyası» mövzularında DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov, «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasının rəisi, hüquq elmləri namizədi, polis polkovnik-leytenantı Ceyhun Suleymanov və «DİO-nun inzibati fəaliyyəti» kafedrasının baş müəllimi, polis kapitanı Rafiq Nəcəfquliyev çıxış etdilər.

Təhsil prosesində əla bilik nümayiş etdirən, elmi araşdırmalar aparan, ictimai həyatda fəal iştirak edən və nümunəvi nizam-intizamı ilə seçilən müdavimlər: Bəylər Elgün Nuqay oğlu, Babazadə Fəxri Baba oğlu və Yaqublu Orxan Kamal oğluna «Heydər Əliyev təqaüdü»nün verilməsi, Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş referat müsabiqəsində Ulu Öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini elmi-nəzəri cəhətdən daha dolğun əks etdirməklə yüksək intellekt və  bilik nümayiş etdirmiş müdavimlər: Abbasov Zaur Gülabbas oğlu, Hacıyev Elmar Rəsul oğlu və Şahhüseynov Anar Sabir oğlunun mükafatlandırılmaları barədə Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubovun əmrləri elan edildi.

Konfransa yekun vuran cənab Nazir konfransın işindən razı qaldığını və zəngin Heydər Əliyev irsinin bundan sonra da dərindən öyrənilməsinin vacib olduğunu, bu yolda irəliləyən xalqımızın Heydər Əliyev siyasətinin davamçısı olan cənab İlham Əliyevin ətrafında birləşməsinin yalnız tərəqqi və uğur gətirəcəyini bir daha vurğuladı.

 

 

 

 

 

Polis Akademiyasında silsilə tədbirlər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirləri həyata kecirilir.

18 aprel 2008-ci il tarixdə “DİO-da idarəetmənin təşkili” kafedrası tərəfindən 5-ci kurs müdavimləri arasında PowerPoint təqdimat proqramından istifadə etməklə “Heydər Əliyev – Yeni Azərbaycan dövlətinin banisidir” mövzusunda təqdimatların (slaydların) tərtibatı üzrə müsabiqə keçirilmişdir.

 

DİN-in Polis Akademiyasında ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş hərbi- döyüş estafeti keçirilmişdir.

26.04.2008-ci il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Ramiz Nağıyevin müvafiq əmrinə əsasən əyani fakültənin kursları  arasında ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş hərbi döyüş estafeti keçirilmişdir.

Bu tədbir şəxsi heyətin sıra meydanında düzülməsi, «Xüsusi taktiki hazırlıq» kafedrasının rəisi, polis polkovnik-leytenantı Hacı Aslanovun akademiya rəisinin müavini, polis polkovniki Qabil Zamanova məruzə edilməsi ilə başlanmışdır. Akademiyanın rəisinin müavini, polis polkovniki Qabil Zamanov şəxsi heyəti salamlamış, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikası Dövlət Himni ifa olunmuş, müdavim heyətindən təşkil olunmuş xüsusi təyinatlı dəstə tərəfindən nümunəvi çıxışlar nümayiş etdirilmiş və yarışın başlanmasına komanda verilmişdir.

Estafetin qaydalarına əsasən iştirakçılar döyüş silahlarının sökülüb-yığılmasını, müxtəlif vəziyyətlərdən hədəfə pnevmatik silahlardan atəş açmasını nümayiş etdirmiş və nəzəri sualları cavablandırmışlar.

Bütün mərhələləri uğurla başa vurmuş I kursun komandası və şəxsi birincilikdə 1-3-cü yerlərə layiq bilinmiş müdavimlər Polis Akademiyasının rəhbərliyi  tərəfindən mükafatlandırılmışlar.

DİN-in POLİS AKADEMİYASI

«Mən əməliyyat müvəkkiliyəm»

22 aprel 2008-ci il tarixdə «Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti» kafedrasının illik tədbirlər planına əsasən Polis Akademiyasında təhsil alan V kurs müdavimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş «Mən əməliyyat müvəkkiliyəm» rubrikası altında viktorina keçirilmişdir.

Viktorinanın ssenarisinə uyğun olaraq tərkibi yeddi (7) nəfərdən ibarət iki (2) komanda yarışda iştirak etmişdir. Viktorinanın sonunda qalib gəlmiş komanda və hər komandadan fərqlənmiş bir (1) müdavim münsiflər heyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Polis Akademiyasında Gənclər günü qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Fərəhləndirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan, eyni zamanda ümumbəşəri ideyaları mənimsəyərək, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan gənc nəsil yetişmişdir və o, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi naminə var qüvvəsi ilə fəaliyyət göstərir".

30.01.2008-ci ildə DİN-in Polis Akademiyasında Gənclər günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Akademiyanın rəis müavini, polis polkovniki Qabil Zamanov açaraq şəxsi heyəti təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Dəvət olunan qonaq - Əzizbəyov rayon Gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev şəxsi heyətə Gənclər gününün tarixi barədə qısa məlumat vermiş, gənclər qarşısında duran vəzifələrdən, Azərbaycan dövləti tərəfindən onlara göstərilən qayğıdan söhbət apardı, fərqlənən gənc əməkdaşlara polis kapitanı Yusif Cəfərova, polis leytenantı Azər Quliyevə, polis sıravisi Aysel Əliyevaya, müdavimlər Rahib Əliyevə (II kurs), Orxan Yaqubluya (III kurs), Tərlan Zeynalova (IV kurs) "Fəxri fərman"lar təqdim etdi. Görüşün bədii hissəsini maraqlı konsert proqramı ilə Q.Abbasov adına Mədəniyyət sarayının incəsənət kollektivi davam etdirdi.


Şəxsi heyətlə iş şöbəsi

20 Yanvar faciəsinin şəhidləri azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə vətənin azadlığı uğrunda mübarizəyə qalxan torpağına, sərhədlərinə edilən təcavüzə etirazını bildirən silahsız, günahsız insanlar təpədən-dırnağadək müasir silahlarla silahlanmış sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Xalqımız öz azadlığı və suvurenliyi uğrunda ilk şəhidlərini verdi.

20 Yanvar xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Azərbaycan xalqı öz qururunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış «Qara Yanvar» eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

«20 Yanvar» faciəsinin 18-ci ildönümü ilə əlaqədar şəxsi heyət tərəfindən 16, 17, 18 yanvar tarixlərdə akademiyanın rəhbərliyinin iştirakı ilə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, Polis Akademiyasının klubunda, ümumi kitabxanasında və kursların yataqxanalarında «20 Yanvar» faciəsini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuşdur. 16-17.01.2008-ci il tarixlərdə akademiyanın müdavim heyəti ilə Xarici Dillər Universitetinin fəlsəfə kafedrasının dosenti Məhəmməd Teymurlu və AzTV-nin baş operator, həmin hadisələrinin birbaşa çəkilişini aparmış Seyidağa Mövsümlü, Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov və Milli Elmlər Akademiyasının dissertantı, politoloq – publisist Reyhan Mirzəzadə dəvət olunaraq «Qanlı Yanvar» mövzusunda yığıncaqlar keçirilmişdir, qanlı gecədə baş vermiş hadisələr barədə sənədli film nümayiş etdirilmişdir. 17.01.2008-ci il tarixdə akademiyanın bir qrup müdavimi İstiqlal muzeyində təşkil olunmuş şəhidlərin anım mərasimində iştirak etmişdir.

18.01.2008-ci ildə İstiqlal muzeyinin elmi işçiləri Aidə Axundova və Samir Sadıqovun işitrakı ilə «20 Yanvar» şəhidlərinin anım mərasimi təşkil olunmuşdur, həmin mərasimdə muzey tərəfindən təqdim olunmuş fotoşəkillər nümayiş etdirilmişdir. Tədbiri Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev açmış, «20 Yanvar» şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilərək müdhiş gecə barəsində iştirakçılara məlumat vermişdir. Çıxış edən qonaqlar 1990-cı ildə Sovet ordusunun Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər və zorakılıqlar barədə akademiyanın şəxsi heyəti ilə ətraflı söhbət aparmışlar.

Yanvar ayının 19-20-si şəxsi heyət qruplarla «Şəhidlər xiyabanını» ziyarət edərək, şəhidlərin məzarları üzərinə tər çiçəklər qoymuşlar.

1990-ci il 20 Yanvar gecəsi Respublikamızın azadlığı və müstəqilliyi uğrunda şəhid olan Azərbaycanın oğul və qızlarının şücaət və qəhrəmanlıqları Polis Akademiyasının şəxsi heyəti üçün Vətənə sevgi və ehtiramın bariz nümunəsi olaraq yaddaşlarda əbədi yaşayacaqlar.

DİN-in Polis Akademiyası
Şəxsi heyətlə iş şöbəsi
«20» yanvar 2008-ci il.

16.01. 2008-ci il tarixdə Polis Akademiyasında «İnsan hüquq və azadlıqlarının mühafizəsi problemləri» mövzusunda Elmi-praktiki konfrans keçirilmişdir

Elmi–praktiki konfrans ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə əklilin qoyulması ilə başlanmış, sonra qonaqlar muzeylə yaxından tanış olmuşlar.

Konfransda Polis Akademiyasının professor-müəllim heyəti ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, h.e.n. Vəfaddin İbayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Şakir Ağayev, Ombudsman Aparatının Sənədlərin İcrasına Nəzarət Şöbəsinin müdiri, dövlət qulluğu baş müşaviri Vüqar Məhərrəmov, BDU-nun «Konstitusiya hüququ» kafedrasının dosenti, h.e.n. Mübariz İsmayılov, Azərbaycan Respublikası MTN-in Heydər Əliyev adına Akademiyasının dosenti, h.e.n., Bəxtiyar Əliyev, Milli Aviasiya Akademiyasının «Hüquqşunaslıq» kafedrasının müəllimi Gülnar Qurbanova, Obudsman Aparatının sektor müdiri Absələddin Əliyev və başqaları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev açaraq, bu konfransın keçirilməsinin vacibliyi və əsas məramı barədə öz fikirlərini bildirmişdir. Sonra Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, h.e.d. Mahir Əhmədov, Polis Akademiyasının «Cinayət hüququ» kafedrasının rəisi, h.e.n., dosent Əlişa Əliyev və digər natiqlər insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsi sahəsində mövcud olan bəzi problemlər və onların həlli yolları barədə öz mülahizələrini bölüşdürmüşlər.

Tədbirdən sonra xatirə şəkili çəkilmişdir.

DİN-in Polis Akademiyasında «Dünya Azərbaycanlılarının Həmrəyliyi günü» qeyd edildi.

26.12.2007-ci il tarixdə Polis Akademiyasının şəxsi heyəti təntənəli şəraitdə «Dünya azərbaycanlılarının həmrəyliyi günü»nü qeyd etmişdir. Həmin tədbirə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov da qatılmışdır. Tədbiri Polis Akademiyası rəisinin müavini, polis polkovniki Qabil Zamanov açaraq, bu bayramın tarixi haqda qısa məlumat vermiş, bundan sonra dünya azərbaycanlılarının həmrəyliyi yolunda misilsiz fədakarlıq göstərmiş Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqə sükutla yad edilmiş, «Biz azərbaycanlıyıq» filmi nüymayiş olunmuşdur.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov geniş nitqlə çıxış etmişdir. Dünya azərbaycanlılarının həmrəyliyinin qurulmasında Ümummilli lider Heydər Əliyevin fəaliyyətini xüsusilə qeyd edən natiq Azərbaycan xalqının dünya mədəniyyətində öz dəst-xətti ilə səciyyələndiyini vurğulamış, Azərbaycanın bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata-yurdu olduğunu, həmvətənlərimizin harada yaşamasından asılı olmayaraq milli azadlıq mübarizəsində, ölkəmizin tərəqqisi və inkişafı yolunda önəmli xidmətləri barədə söhbət aparmışdır.

ıv kurs müdavimləri ilə müsabiqə

11 dekabr 2007-ci il tarixdə Polis Akademiyasının «Kriminalistika» və «DİO-da idarəetmənin təşkili» kafedraları tərəfindən «Fotorobot poqramından istifadə etməklə subyektiv portretin tərtib edilməsi və eyniləşdirilməsi» rubrikası altında ıv kurs müdavimləri ilə müsabiqə keçirilmişdir.

Müsabiqənin keçirilməsinin məqsədi müdavimlərin kompüter texnikasından istifadə etməklə gələcək xidməti fəaliyyətlərində cinayətlərin açılmasında və araşdırılmasında kriminalistik biliklərin və elmi texniki vasitələrin tətbiqi ilə bağlı peşə vərdişlərini aşılamaqdan ibarətdir.

Müsabiqədə fərqlənən müdavimlər mükafatlandırılmışdır.

DİN-in Polis Akademiyasının komandası beynəlxalq
intellektual müsabiqəsində üğürla çıxış etdi.

Son dövrdə DİN-in Polis Akademiyasının müdavimləri müxtəlif yarışlarda təhsil müəssisəmizi və respublikanı layiqincə təmsil edirlər. Belə bir mötəbər tədbir cari ilin dekabr ayının 3-dən 7-dək Ukrayna DİN-in Kiyev Milli Universitetində Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə MDB ölkələrinin DİN-in ali təhsil müəssisələri nümayəndələri arasında beynəlxalq humanitar hüquq və insan hüquqları hüququ üzrə «Gələcəyin peşəkarı - 2007» adlı beynəlxalq intellektual müsabiqəsi təşkil edilmişdir.

Polis Akademiyasının rəhbərliyi müsabiqədə Akademiyanın nümayəndə heyətinin layiqli çıxışı üçün təşkilati komitə yaradılmış, tədbirlər planı tərtib edilmiş, yığmaya intizamlı, bacarıqlı və intellektual müdavimləri seçib onlarla əlavə məşğələlərin keçirilməsini təşkil etmişdir. Komandanın hazırlanmasında kafedra rəisləri, polis polkovnik-leytenantları Ceyhun Süleymanov və Hacı Aslanov, zabit-müəllim heyətindən polis polkovnik-leytenantları İlham Əliyev, Aleksandr İsmayılov, Namiq Həsənov, Babək Nəsirov, polis kapitanları Yusif Cəfərov və Rafiq Nəcəfquliyev və polis leytenantı Azər Quliyev iştirak etmişlər.

Tədbirdə Daxili İşlər Nazirliyini Baş Kadrlar İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Əziz İsaxanov (nümayəndə), Polis Akademiyasını «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasının müəllimi, polis polkovnik-leytenantı İlham Əliyev, III kurs müdavimi Daşqın İmanov, IV kurs müdavimləri Ruslan Nurməmmədov və Rafael Tağıyev təmsil etmişlər.

Müsabiqə altı mərhələdən ibarət idi:
1-ci mərhələ - «Ev tapşırığı» («Şəxsi təhlükəsizliyin təmin edilməsində, hüquqların və qanuni maraqlarının müdafiəsində polisin rolu» mövzusunda 10 dəqiqəlik tamaşanın nümayişi)
2-ci mərhələ - «DİN-in əməkdaşları fəaliyyətində beynəlxalq standartlara əməl edilməsi» (Polisin gündəlik fəaliyyətini əks etdirən videogörüntülər üzrə sualların cavablandırılması)
3-cü mərhələ – «Beynəlxalq humanitar hüquq və insan hüquqları hüququ üzrə test tapşırıqları» (komandanın hər bir üzvünün 50 sualdan ibarət testin cavablandırması)
4-cü mərhələ - «Kapitanların müsabiqəsi» (Komanda kapitanlarının münsiflər heyətinin beynəlxalq humanitar hüquq və insan hüquqları hüququ üzrə suallarına cavab verilməsi)
5-ci mərhələ - «Praktiki tapşırıqlar» (Atəş hazırlığı üzrə tapşırıqların praktiki nümayişi)
6-cı mərhələ - «Yaradıcı mərhələ» (Yarış zamanı verilən tapşırığın həlli).

Tədbirdə MDB-nin daha dörd yığması - Ukraynanın 2 komandası (Kiyev və Xarkov), Belarus və Qırğızıstan Respublikasının nümayəndələri qoşulmuşdur. Gərgin mübarizə nəticəsində Polis Akademiyasının komandası bütün mərhələləri uğurla başa vuraraq fəxri II yerə layiq bilinmişdir.

Komandanın uğuru Polis Akademiyasında böyük fərəh hissi ilə qarşılanmış, Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Ramiz Nağıyevin əmri ilə polis polkovnik-leytenantı İlham Əliyev və komanda üzvləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Bu nəticələr Polis Akademiyasında təşkil olunan təhsil prosesinin yüksək təşkilinin göstəricisidir və bu bir daha onu göstərir ki, təhsil müəssisəmiz Rusiya, Ukrayna, Belarus kimi dövlətlərin analojı ali təhsil müəssisələri ilə layiqli rəqabət apara bilər!

DİN Polis Akademiyası


DİN-in Polis Akademiyasında Ümummilli lider
Heydər Əliyevin anım mərasimi

DİN-in Polis Akademiyasının şəxsi heyəti müstəqil AzərbaycanRespublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 10-da mərasim keçirmişdir. Mərasimə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Hidayət Orucov dəvət edilmişdir.

Tədbir akademiya rəisinin müavini, polis polkovniki Qabil Zamanov tərəfindən şəxsi heyətin Ümummilli lider Heydər Əliyevin anım mərasiminin keçirilməsi ilə əlaqədar sıra meydanında düzülməsi barədə akademiya rəisi, polis general-mayoru Ramiz Nağıyevə məruzəsi ilə başlanmışdır. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, xalqımızın xilaskar oğlunun abidəsinin önünə əklil qoyulmuş, onun əziz xatirəsi dərin ehtiramla anılmışdır. Şəxsi heyət nizami sıralarla abidəyə hərbi təzim etməklə tədbir keçiriləcək yerə yollandı.

Mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev xalqımızın dahi oğlu Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə əldə olunmuş uğur və nailiyyətlərdən, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, milyonların qəlbində yaşayan liderin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcəyindən, fayda verəcək qiymətli irs yaratdığından danışmışdır.

Bundan sonra akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev mərasimə dəvət olunmuş cənab Hidayət Orucovu iştirakçılara təqdim etmiş, onun «Gənclik» nəşriyyatına rəhbərliyi, Milli siyasət məsələləri üzrə Dövlət müşaviri və Dini Qurumlarla İş izrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışdığı, uzun müddət ulu öndərin rəhbərliyi altında işlədiyini qeyd edərək sözü dəvət olunan qonağa vermişdir.

Cənab Hidayət Orucov ulu öndərlə bağlı xatirələri ilə mərasim iştirakçılarla bölüşmüş, onun bizə qoyduğu dövlətin hansı çətinliklərlə qurulması barədə ətraflı söhbət aparmış, zabit və müdavimləri maraqlandıran sualları cavablandırmışdır.
Mərasimin yekununda xatirə fotoşəkilləri çəkilmişdir.

DİN-in Polis Akademiyası



PENİTENSİAR XİDMƏT - BİLİK YARDIMI

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Polis Akademiyası arasında bağlanmış müqaviləyə əsasən cari ilin noyabr ayının 05-dən dekabr ayının 04-dək Penitensiar və Rejim xidməti əməliyyat əməkdaşlarının ixtisasartırma kursu keçirilmişdir.

Təlimlərə “DİO-da əməliyyat-axtarış fəaliyyəti” başda olmaqla “Cinayət hüququ”, “Kriminalistika” və “Cinayət prosesi” kafedraları cəlb olunmaqla, müvafiq əməkdaşların öz xidməti fəaliyyətini həyata keçirərkən insan hüquqları, cinayətkarlığa qarşı mübarizə sahələrində beynəlxalq sənədlərin, BMT-nin və Avropa Şurasının Konvensiyalarının, eyni zamanda Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqram”ından irəli gələn məsələlər üzrə mövzular da öyrənilmişdir.

Dinləyicilər təlim dövründə Polis Akademiyasının maddi-texniki bazası ilə hərtərəfli tanış olmuş, tədris vasitələri ilə yararlana bilmişdir.
Təlimin sonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbər əməkdaşlarının iştirakı ilə məqbul qəbul edilmişdir.

Kursun buraxılışı münasibəti ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə polkov