Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Polis Akademiyası
Nizamnamə   
az   ru   en     
  Ümumi məlumat
  Nizamnamə
  Kafedralar
  Akademiyaya qəbul
  Struktur
  Rəhbərlik
  Fotoarxiv
  Rekvizitlər
  Bizimlə əlaqə
  Tədbirlər
  Tarixi sənədlər

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN
POLİS AKADEMİYASI

N İ Z A M N A M Ə

(AR DİN-in 27.12.2004-cü il tarixli 521 nömrəli əmri ilə təsdiq edilmişdir)

1. Ümumi müddəalar.

  1. Azərbaycan Respublikası DİN-in Polis Akademiyası Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 nömrəli Qərarına əsasən yaradılmış, Daxili İşlər Nazirliyinin birbaşa tabeçiliyində olan dövlət ali təhsil – elm müəssisəsidir.
  2. Akademiya hüquqi şəxsdir, müəyyən olunmuş qaydada ona təqdim edilmiş bayrağa və üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə malikdir. Akademiya Daxili İşlər Nazirliyi, həmçinin onun razılığı ilə müqavilə əsasında başqa nazirliklər, təşkilatlar, eləcə də digər dövlətlər üçün ali hüquq təhsilli kadrlar hazırlayır. Tədris əyani və qiyabi formalarda həyata keçirilir.
  3. Akademiya birinci dərəcəli ali təhsil ocağıdır, öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını, Prezidentin fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, Daxili İşlər və Təhsil Nazirliklərinin normativ aktlarını və bu Nizamnaməni rəhbər tutur.
  4. Akademiya öz fəaliyyətini Azərbaycan Respublikası DİN-in tabeçiliyində olan orqan və hissələrlə, həmçinin kadrları hazırlanan başqa nazirliklər, təşkilatlar, eləcə də digər dövlətlərin müvafiq orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir.
  5. Polis Akademiyasının təklifləri əsasında və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrlara olan tələbatı nəzərə alınmaqla, müəyyən edilmiş qaydada, Akademiyanın filialları, fakültələri, şöbələri və məsləhət-tədris məntəqələri yaradıla, yenidən təşkil oluna və ləğv edilə bilər.
  6. Akademiyanın qarşısında duran əsas vəzifələr:
    • daxili işlər orqanlarının ali hüquq təhsilli mütəxəssislərə olan tələbatını ödəmək;
    • müdavim və dinləyicilərə hüquq və mənəvi tərbiyəni, yüksək intizamı, icraçılıq, mənəvi mətinlik və fiziki dözümlülük xüsusiyyətlərini aşılamaq;
    • Akademiyada hazırlanmış mütəxəssislərin ixtisasına uyğun olaraq daxili işlər orqanları fəaliyyətinin aktual problemləri üzrə tədqiqat işlərini təşkil etmək və aparmaq, əldə edilmiş nəticələri daxili işlər orqanlarının iş təcrübəsinə və tədris prosesinə tətbiq etmək;
    • daxili işlər orqanları əməkdaşları ilə ixtisasartırma kursları keçirmək;
    • dərslər və dərs vəsaitləri, monoqrafiyalar, mühazirələr, elmi əsərlər, məcmuələr, konfrans materialları, məlumat bülletenləri hazırlamaq və nəşr etdirmək;
    • elmi informasiya fəaliyyətini həyata keçirmək;
    • hüquqi təbliğat, daxili işlər orqanlarının şəxsi heyəti və əhali arasında elmi-nəzəri bilikləri yaymaq.
  7. Akademiyada kargüzarlıq Daxili İşlər və Təhsil Nazirliklərinin normativ aktları ilə müəyyən edilmiş qaydada aparılır.