Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Polis Akademiyası
Akademiyaya qəbul   
az   ru   en     
  Ümumi məlumat
  Nizamnamə
  Kafedralar
  Akademiyaya qəbul
  Struktur
  Rəhbərlik
  Fotoarxiv
  Rekvizitlər
  Bizimlə əlaqə
  Tədbirlər
  Tarixi sənədlər

Daxili işlər orqanları əməkdaşları üçün.

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında təhsilə namizədlər sıravi və rəis heyəti vəzifələrində xidmət edən, şəxsi mənəvi və fiziki keyfiyyətlərinə görə fərqlənən, habelə nümunəvi xidmət edən daxili işlər orqanlarının əməkdaşları sırasından seçilirlər. Tədris sənədləri xidməti zərurət və kadrlara olan tələbat nəzərə alınmaqla DİN tərəfindən orqan və hissələrə ayrılmış yerlər əsasında həmin orqanlarda hazırlanır.

ƏYANİ TƏHSİLƏ:

sıravi və kiçik rəis heyəti vəzifələrində bir qayda olaraq 1 ildən az olmayan müddətdə xidmət edən, 30 yaşınadək, ilkin hazırlıq kursu keçmiş əməkdaşlar göndərilirlər. Əməkdaşın tədris sənədləri onun təhsilə göndərilməsi barədə bilavasitə rəisi vasitəsilə kadrlarla iş sahəsinə kuratorluğu həyata keçirən nazir müavininin adına yazdığı raportuna əsasən toplanılır və şəxsi işinə əlavə olunaraq şəxsi işlə birlikdə DİN-in Baş Kadrlar İdarəsinə təqdim edilir.
DİN-in Seçmə Komissiyasından keçmiş namizədlər müəyyən olunmuş qaydada orta məktəb həcmində tarix, xarici dil (xarici dil keçməyənlər coğrafiya fənnindən) şifahi, ana dili və ədəbiyyat (yazılı) fənləri üzrə imtahan verirlər.

QİYABİ TƏHSİLƏ:

sıravi və kiçik rəis heyəti vəzifələrində bir qayda olaraq 1 ildən az olmayan müddətdə xidmət edən, ilkin hazırlıq kursu keçmiş, ümumi orta təhsilli, xüsusi orta və ali təhsilli əməkdaşlar göndərilirlər. Əməkdaşın tədris sənədləri onun təhsilə göndərilməsi barədə bilavasitə rəisi vasitəsilə kadrlarla iş sahəsinə kuratorluğu həyata keçirən nazir müavininin adına yazdığı raportuna əsasən toplanılır və tədris işi şəklində formalaşdırılaraq DİN-in Baş Kadrlar İdarəsinə təqdim edilir.

Qəbul DİN-in Seçmə Komissiyasının rəyi, eləcə də Polis Akademiyasında orta təhsilli əməkdaşlar üçün - tarix, xarici dil (xarici dil keçməyənlər coğrafiya fənnindən) şifahi, ana dili və ədəbiyyat (yazılı), orta xüsusi ixtisas təhsilli rəis heyəti üçün – cinayət hüququ və cinayət prosesi fənlərindən keçirilən imtahanların nəticələrinə əsasən, ali təhsillilər üçün isə müsabiqə yolu ilə aparılır.

Sənədlər martın 1-dən aprelin 15-dək qəbul olunur.
Əlavə məlumatları DİN-in Baş Kadrlar İdarəsindən 88-16, 81-63, 85-43 (daxili) nömrəli telefonlar vasitəsi ilə ala bilərsiniz.



Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin
Polis Akademiyasına orta məktəbi bitirən mülki şəxslər üçün qəbul qaydaları

Polis Akademiyasına orta məktəbi bitirən, boyu azı 160 santimetr olan oğlanlar qəbul edilirlər.
 
Abituriyentlər fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər.

Qəbul imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə, 3-cü qrup fənləri üzrə (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, xarici dil və ümumi fənn bloku) aparılacaqdır.

İmtahanlar azərbaycan və rus dillərində, tədris isə yalnız Azərbaycan dilində keçirilir.

Polis Akademiyasına daxil olmuş şəxslər pulsuz yeməklə, geyim forması və yataqxana ilə təmin edilirlər.

Təhsil müddəti 5 ildir.

Məzunlara hüquqşünas ixtisası və "polis leytenantı" xüsusi rütbəsi verilir, təyinat üzrə müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər Polis Akademiyasında təhsilə göndərilə bilməzlər.

Polis Akademiyasına daxil olmaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Daxili İşlər Nazirliyi rəhbərliyinin adına ərizə (öz xətti ilə);
  • anket;
  • tərcümeyi- hal;
  • şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə (əsli və surəti);
  • orta təhsil haqqında attestatın (diplomun) əsli və surəti;
  • yaşayış yeri üzrə poliklinikadan sağlamlıq haqqında arayış (forma 286);
  • çağırışçı şəhadətnaməsi;
  • xasiyyətnamə;
  • 9x12 santimetr ölçüdə 2 ədəd, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq ağızda);
  • yaşayış yerindən ailə tərkibi haqda arayış;
  • valideynlərin və ailə üzvlərinin yaşayış, iş (təhsil) yerlərindən arayışlar.

Ərizə və sənədlər martın ayının 1-dən 30-dək olan müddətdə hər gün saat 10:00-dan 18:00-dək (bazar günlərindən başqa) DİN-in Baş Kadrlar İdarəsində qəbul edilir.
Ünvan: Bakı şəhəri, H.Hacıyev küçəsi 7.

Əlaqə telefonları:
87-46; 87-76 (daxili).

Qeyd: Qəbul ərəfəsində Polis Akademiyasını seçənlərə mülki ali  məktəblərin III qrup ixtisaslarını da seçmək hüququ verilir.


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Polis Akademiyasının Daxili işlər orqanlarında idarəetmənin təşkili fakültəsinə dinləyicilərin qəbulu

  • "Daxili işlər orqanlarında idarəetmənin təşkili fakültəsi"nə namizədlər – ali hüquq təhsilli, daxili işlər orqanlarında orta və böyük rəis heyəti vəzifələrində 5 il xidmət stajına malik, böyük rəis heyəti vəzifələrinin 3-cü və daha yuxarı təsnifat vəzifələrində xidmət edən, fiziki cəhətdən sağlam və hazırlıqlı, qüvvədə intizam cəzası və yaşı 40-dan artıq olmayan əməkdaşlar sırasından seçilir.
  • Qəbul - namizədlər üçün keçirilən testin nəticələri və DİN-in Seçmə Komissiyasının rəyi əsasında aparılır.
  • Qəbul qaydaları AR DİN-in 14 fevral 2003-cü il tarixli 75 nömrəli əmri ilə təsdiq edilmişdir.
  • Sənədlər martın ayının 01-dən aprel ayının 15-nə kimi, hər gün saat 10:00-dan 18:00-dək (bazar günlərindən başqa) DİN-in Baş Kadrlar İdarəsində qəbul olunur.


Daha ətraflı məlumatı DİN-in Baş Kadrlar İdarəsinin Təhsil-təlim, ixtisasartırma  və  metodiki  işin  təşkili  şöbəsindən 87-42 (daxili), 490-99-74 nömrəli telefonlar vasitəsi ilə almaq olar.