Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Polis Akademiyası
Rəhbərlik   
az   ru   en     
  Ümumi məlumat
  Nizamnamə
  Kafedralar
  Akademiyaya qəbul
  Struktur
  Rəhbərlik
  Fotoarxiv
  Rekvizitlər
  Bizimlə əlaqə
  Tədbirlər
  Tarixi sənədlər

Polis Akademiyasının rəisi.
Polis general-mayoru Ramiz Tağı oğlu Nağıyev 20 may 1951-ci ildə Şərur rayonunda anadan olmuşdur. Ali təhsillidir. 1969-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1980-cı ildə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1975-ci ildən DİO-da xidmət edir. Sahə müvəkkili, cinayət-axtarış xətti üzrə əməliyyat müvəkkili, yerlərdə və DİN-in Baş İstintaq İdarəsində müstəntiq, Daxili Təhqiqatlar İdarəsində inspektor, mühüm tapşırıqlar üzrə baş inspektor, DİN-in 7-ci İdarəsinin, Daxili Təhqiqatlar İdarəsinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib. 2005-ci ilin sentyabr ayından Polis Akademiyasının rəisi vəzifəsində işləyir.

 

Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini.

polis polkovniki Mahir Bayram oğlu Əhmədov 31 mart 1957-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsillidir. 1983-cü ildə Moskva Xalqlar Dostluğu Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. DİO-da 1984-cu ildən xidməti işə başlamışdır, tutduğu vəzifədə isə 06 fevral 1992-ci ildən işləyir. Hüquq elmləri doktoru, dosent, "Azərbaycan Respublikasının Əməkdar müəllimi"dir.

 




Polis Akademiyası rəisinin döyüş,xidməti hazırlıq vəşəxsi heyətlə iş üzrə müavini.
Polis polkovniki Qabil Kamil oğlu Zamanov 24 fevral 1962-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ali təhsillidir. 1983-cü ildə Lvov Ali hərbi siyasi məktəbini, 1989-cu ildə Leninqradda yerləşən DİN-in Daxili Qoşunlarının siyasi məktəbində ixtisasdəyişmə kursunu, 1998-ci ildə isə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir. 1983-cü ildən DİO-nun Daxili Qoşunlarında Rusiya Federasiyasının bir sıra şəhərlərində xidmət etmişdir. Siyasi işçi, motorlaşdırılmış milis alayı komandirinin müavini, Daxili Qoşunların Tədris alayının komandiri, Daxili Qoşunların Baş İdarəsinin qərargahında 1-ci və 2-ci əməliyyat şöbəsinin və Daxili Qoşunların Baş İdarəsinin qərargah rəisinin müavini, qərargah rəisi vəzifəsində,1993-cü ildən DİN-in A.N.Heydərov adına Sıravi və Kiçik rəis heyəti hazırlayan məktəbində xidmət üzrə rəis müavini vəzifələrində işləyib. 2006-cı ilin yanvar ayından Polis Akademiyasının rəis müavini vəzifəsində işləyir.