Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının rəhbərliyi və əməkdaşları Konstitusiya Məhkəməsində keçirilən elmi-nəzəri konfransda iştirak ediblər

03.05.2024
03 may 2024-cü il tarixində Konstitusiya Məhkəməsində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbər şəxslərinin və məsul əməkdaşlarının,hüquq ictimaiyyətinin nümayəndələrinin və tanınmış alimlərin iştirak etdiyi konfransda Polis Akademiyasını Akademiya rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki Babək Nəsirov və “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, polis baş leytenantı Mirzə Məmmədov təmsil ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Daha sonra iştirakçıların “İnsan hüquqlarının təmini və ekoloji dayanıqlıq”, “Konstitusiya nəzarət orqanlarının subsidiarlıq prinsipi”, “Hüquqi yardım almaq hüququnun beynəlxalq hüquq normaları və xarici dövlətlərin konstitusiyalarında təsbiti: müqayisəli - hüquqi təhlil”, “Daxili işlər orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsi” və digər mövzularda çıxışları dinlənilib.

Tədbirin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb və konfrans   iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.